Qara Qarayev: «Süni qiymət artıranlar Allahdan qorxmurlar?»

Millimizin və «Qarabağ»ın yarımmüdafiəçisi Qara Qarayevin  müsahibəsi.

— Təlim-məşq toplanışı necə gedir?
— Hər şey öz qaydasındadı. Komanda olaraq hazırlığımız davam edir. Yüngül zədələrdən başqa hər şey baş məşqçimizin istədiyi kimidi.

— Keçirilən iki yoxlama matçındakı çıxışınızı necə dəyərləndirirsiniz?
— 2 həftəlik məşqlərdən sonra iki oyuna çıxdıq. Fikrimcə, pis alınmadı. Ancaq çatışmazlıqlar hələ də var. Düşünürəm ki. çempionat oyununa qədər bunları aradan qaldıra biləcəyik. Yoxlama matçları oyunumuzu yaxşılaşdırmaq üçün çox vacibdi.

Son yoxlama matçında komandaya qayıdışından sonra Muarem Muarem ilk qolunu vurdu. Həmçinin Rahid Əmirquliyev də qol hesabını açdı. Demək olarmı ki, onlar komandaya artıq uyğunlaşıblar?

— Muarem bizdə daha əvvəl də çıxış edib. Cəmi 6 ay idi ki, bizdən ayrı idi. Rahid də millidə buradakı çox futbolçu ilə bir yerdə oynayır. Bu da uyğunlaşmağı rahatlaşdıran amillərdi. Hər ikisinin qol vurması bizi sevindirir. Hər iki oyunçu komandamız üçün vacib futbolçulardı.

— Maliyyə problemləriə görə komandalar heyətlərini gücləndirə bilmir. Hələ PFL borclu olan klublar da var. Onların sizə rəqib olduğunuzu nəzərə alsaq, işinizin asanlaşdığını düşünmək olarmı?

— Mən belə düşünmürəm. Çünki biz qarşı oynamaq istəyən komandalar xarakter nümayiş etdirir. Bu da bizə çətinlik yaradır. Bunun üçün nə legionerə, nə də pula ehtiyac var. Ümumilikdə bizim işimiz daha çətin olacaq. İlk sıra da olan komandaya qarşı bütün rəqiblər daha çox çalışacaq. Asan heç nə olmayacaq.

— Çumbinyonun da komandadan gedişi təsdiqlənib. Bu ayrılıq oyununuza necə təsir edəcək?

— Çumbinyo yaxşı oyuçudu. Təbii ki, komandada qalmağı bizə xeyir verə bilərdi. Ancaq bu qərar klub rəhbərliyi ilə razılaşdırılıb. Onun gedişinin oyunumuza təsir edib-etməyəcəyini qarşıdakı matçlarda görəcəyik. Amma braziliyalının yerini doldura biləcək futbolçularımız da var.

— Yəqin ki, «Mersin İdman Yurdu» klubunda  az qala hər gün məşqçi dəyişikliyi olduğunu görüb, «Qarabağ»da qaldığınıza görə xoşbəxtsiz?

— Baş məşqçi dəyişməsə də belə, «Qarabağ»da qalacaqdım. Bura mənim evimdi. Doğma klubumdan ayrılmaq mənim üçün çətin olardı.

— Rəqiblərin hazırlığını necə dəyərləndirirsən? Nəzərə alaq ki, siz də daxil olmaqla 4 klubdan başqa xaricə təlim-məşq toplanışına gedən olmadı…

— Rəqiblər Bakıda oyunsuz qalmayıblar. Mini turnirdə iştirak edənlər də var. Bir neçə oyun da keçiriblər. Bizdən fərqləri sadəcə, Bakıda hazırlaşmaqdı. Bu turnir rəqiblərimizin heç də Antalyada hazırlıq keçən komandalardan geri qalmayacağını göstərir.

— İkinci devalvasiyadan sonra özünüzü necə hiss edirsiz?

— Bu, çətin məsələdi, danışmaq istəməzdim. Hərə öz işi ilə məşğul olsa, yaxşıdı. Amma bir vətəndaş kimi idmanı kənara qoyub düşünəndə… Bu zamandan istifadə edib süni qiymət artıranlar Allahdan qorxmurlar? İndiyənə kimi qazandınız, 1-2 il də xalqa xidmət etsəz, olmazmı? Yenə də hamılıqla dövlətimizə dəstək olmalıyıq. İnşallah, tez bir zamanda bu məsələlər öz həllini tapar.

— Maraqlıdı, devalvasiyaya görə klub sizdən maaşın ödənilmənisi üçün güzəşt istəyibmi? Nəzərə alaq ki, futbolçular maaşı dollarla alır…

— Xeyr, olmayıb. Amma olsa da, klubumuzun tələbini başım üstünə qəbul edərəm.
Sport7.az
EMİN SƏFƏROV

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *