Qara Qarayev: «Qurban Qurbanovu təbrik edirəm»

«Qarabağ»ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində «İnter»ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:

«Matça yaxşı hazırlaşmışdıq və layiqli qələbə qazandıq. Matçla bağlı danışılası xüsusi bir şey yoxdur. Komandamızı, baş məşqçimiz Qurban Qurbanovu təbrik edirəm. Hansı ki, bu qələbə üçün o, çox iş görmüşdü. Onun bizə inamı belə qələbə qazanmağımıza kömək etdi. «İnter»də bir neçə futbolçu oynamırdı. Yəqin ki, onları bizimlə kubok oyununa görə qoruyurdular. Reynaldonun oyununu xüsusi qeyd edərdim. Ona uğurlar arzulayıram. Zədə futbolçu üçün doğrudan da pis şeydir. Ümid edirəm ki, onun bundan sonrakı karyerası zədəsiz keçər».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *