Qara Qarayev «Qarabağ»da qaldı

Xəbər verdiyimiz kimi, Türkiyənin «Mersin İdman Yurdu» klubu millimizin və «Qarabağ»ın yarımmüdafiəçisi Qara Qarayevin xidmətində maraqlıdı. Sport7.az saytının məlumatına görə, Super Liqa təmsilçisi bu keçidin rəsmiləşməsi üçün ağdamlılara təklif göndərib.

Ancaq əldə etdiyimiz özəl məlumata görə, bu keçid baş tutmacaq. Belə ki, Qarayev doğma klubunda qalmağa üstünlük verib. O, Mersin təmsilçisinin təklifini geri çevirib.

Xatırladaq ki, Qara Qarayev Ağdam klubun yetirməsidi. Onun son çempionla 2017-ci ilin mayına qədər müqaviləsi var.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *