«Qalatasaray» rəsmisi danışdı: «Qarabağ»la yoldaşlıq matçı…»

Azərbaycan mətbuatında yayılan məlumatlara görə, son ölkə çempionu «Qarabağ» Türkiyə nəhənglərindən olan «Qalatasaray»la Bakıda yoldaşlıq matçı keçirəcək. Qarşılaşmanın martın 29-da Bakı Olimpiya Stadionunda baş tutacağı bildirilir.
Hələ ki, məlumat öz təsdiqini tapmayıb. Bu məqsədlə qarşı tərəfin fikrini öyrənmək qərarına gəldik. Sport7.az saytına açıqlama verən «Qalatasaray» rəsmisi Ahmet Akcan məsələyə belə münasibət bildirdi: «Düzü, bu barədə xəbəri ilk dəfə sizdən eşidirəm. «Qarabağ»la yoldaşlıq matçı keçirəcəyimizlə bağlı bizdə hər hansı biz məlumat yoxdu. Yeni bir xəbər olsa, sizinlə paylaşaram».

Araşdırmalarımıza görə, «Qalatasaray» əgər Bakıya gəlsə, bunun üçün onlara 300 min dollar pul ödəniməlidi. Devalvasiya vaxtı hər halda bu məbləğin İstanbul təmsilçisinə ödəniləcəyi heç də inandırıcı deyil.

Əslində, «Qarabağ» martın sonunda «sarı-qırmızılar»la oynayacaq. Amma «Qalatasaray»la yox, «Rəvan»la. Belə ki, Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində ağdamlılar «Azərsun Arena»da «Rəvan»ı qəbul edəcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *