«Qəbələ» və «Qarabağ»»ın rəqibləri müəyyənləşdi!

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkatması olub. Sport7.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə «Qarabağ» və «Qəbələ»nin də rəqiblərinin kimliyinə aydınlıq gəlib.

III təsnifat mərhələsində Fransanın «Lill»i klubunu mübarizədən kənarlaşdıran «Qəbələ» qruplara qalmaq üçün Sloveniya «Maribor»u ilə münasibətlərə aydınlıq gətirməlidi.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran və yoluna Avroliqada davam edən «Qarabağ» isə püşkatmanın nəticəsinə görə, İsveçin «Höteborq» klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-offun ilk oyunu avqustun 18-də baş tutacaq. Hər iki komandamız ilk olaraq səfərdə meydana çıxacaq. Cavab matçları avqustun 25-də keçiriləcək.

Püşkatmanın digər nəticələri isə aşağıdakı kimidi:

«Astana” (Qazaxıstan) — BATE (Belarus)
«Midtyulland” (Danimarka) — «Osmanlıspor” (Türkiyə)
«Lokomotiv” (Xorvatiya) — «Genk” (Belçika)
«Dinamo” (Tbilisi, Gürcüstan) — PAOK (Yunanıstan)
«Beytar” (İsrail) —  «Sent-Etyenn” (Fransa)
«Astra” (Rumıniya) — «Vest Hem” (İngiltərə)
«Brondbü” (Danimarka) — «Panatinaikos” (Yunanıstan)
«Gent” (Fransa) — «Şkendiya” (Makedoniya)
«Sonderyuske” (Danimarka) — «Sparta” (Çexiya)
«Aruka” (Portuqaliya) — «Olimpiakos” (Yunanıstan)
«Trençin” (Slovakiya) — «Rapid” (Avstriya)
AEK (Kipr) — «Slovan” (Çexiya)
«Austriya” (Vyana, Avstriya) — «Rusenborq” (Norveç)
«Voyvodina” (Serbiya) — «Alkmaar” (Hollandiya)
«Slaviya” (Çexiya) — «Anderlext” (Belçika)
«Fənərbaxça” (Türkiyə) — «Qrassjoppers” (İsveçrə)
«Krasnodar” (Rusiya) —  «Partizani” (Albaniya)
«İstanbul Başakşehir” (Türkiyə) — «Şaxtyor” (Ukrayna)
«Sassuolo” (İtaliya) — «Srvena Zvezda” (Serbiya)
«Makkabi” (Təl-Əviv, İsrail) — «Hayduk” (Xorvatiya)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *