Püşk “Qarabağ” və “Qəbələ”yə kimləri nəsib edəcək?

UEFA Avropa Liqanın qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” və “Qəbələ”nin rəqibləri bu gün müəyyənləşəcək

İdmanxeber.com-un məlumatına görə, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da start götürəcək.

Qeyd edək ki, Avroliqada qrup mərhələsinin ilk turu sentyabrın 15-də keçiriləcək.

48 klubun adı və səbətlərin tərkibi məlumdur:

1-ci səbət: «Şalke» (Almaniya), «Zenit» (Rusiya), «Mançester Yunayted» (İngiltərə), «Şaxtyor» (Donetsk, Ukrayna), «Atletik» (İspaniya), «Olimpiakos» (Yunanıstan), «Vilyarreal» (İspaniya), «Ayaks» (Hollandiya), «İnter» (İtaliya), «Fiorentina» (İtaliya), «Anderlext» (Belçika), «Viktoriya» (Plzen, Çexiya)

2-ci səbət: «AZ Alkmaar» (Hollandiya), «Braqa» (Portuqaliya), «Zalsburq» (Avstriya), «Roma» (İtaliya), «Fənərbaxça» (Türkiyə), «Sparta» (Praqa, Çexiya), PAOK (Yunanıstan), «Styaua» (Rumıniya), «Genk» (Belçika), APOEL (Kipr), «Standard» (Belçika), «Sent-Etyen» (Fransa)

3-cü səbət: «Gent» (Belçika), «Yanq Boyz» (İsveçrə), «Krasnodar» (Rusiya), «Rapid» (Vyana, Avstriya), «Slovan» (Liberets, Çexiya), «Selta» (İspaniya), «Makkabi» (Təl-Əviv, İsrail), «Feyenoord» (Hollandiya), «Austria» (Avstriya), «Maynts» (Almaniya), «Sürix» (İsveçrə), «Sautgempton» (İngiltərə)

4-cü səbət: «Panatinaikos» (Yunanıstan), «Sassuolo» (İtaliya), «Qarabağ» (AZƏRBAYCAN), «Astana» (Qazaxıstan), «Nitsa» (Fransa), «Zarya» (Ukrayna), «Astra» (Rumıniya), «Konyaspor» (Türkiyə), «Osmanlıspor» (Türkiyə), «Qəbələ» (AZƏRBAYCAN), «Hapoel» (Beer-Şeva, İsrail), «Dandolk» (İrlandiya).

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *