Pupon «Qarabağ»dan gedişindən danışdı

«Qarabağ»dan ayrılaraq Hollandiyanın «Roda» klubuna keçən Raydell Pupon ölkəsinin mətbuatına verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib. Sport7.az xəbər verir ki, hücumçu Ağdam təmsilçisindən nəyə görə ayrılmasına aydınlıq gətirib.

Bundan başqa o, yeni klubu haqda da danışıb: «Roda»ya kömək etmək üçün burdayam. Baş məşqçi Dariye Kaleziç mənə zəng edərək bu kluba dəvət etdi. Mən isə düşünmədən qərarımı verdim. «Qarabağ»dan ayrılmağıma gəlincə, baş məşqçimiz Qurban Qurbanov mənə ehtiyacı olmadığını bildirdi. Fikrimcə, bu, ən doğru qərar idi. Azərbaycan çempionatında limitə görə 5 legioner əsas heyətdə meydana çıxa bilər. Məşqçiyə görə mən əsas heyətə layiq deyildim. O, mənə qarşı düzgün davrandı və ən doğru olanı dedi. Buna baxmayaraq, «Qarabağ»a getdiyimə görə məyus deyiləm».

Qeyd edək ki, Pupon «Qarabağ»da özünü heç də yaxşı tərəfdən göstərə bilmədi. O, Ağdam klubunda çıxış etdiyi müddətdə cəmi 1 qolla azarkeşləri sevindirə bilmişdi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *