Prosineçki «Qarabağ»ın oyununda

Azərbaycan Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki «Qarabağ»ın yoxlama oyunlarını izləyib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, xorvat mütəxəssislə yanaşı, onun köməkçisi Qordan Tsipriç, eləcə də AFFA-nın texniki direktoru Bernhard Lippert və Antalyada toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə, məşqçilər Babək Alxasov və Ramiz Əhmədov «Qarabağ» — «Admira Vaker» (Avstriya) və «Qarabağ» — «Jaqelloniya» (Polşa) oyunlarına baxıblar.

Xatırladaq ki, «köhlən atlar» hər iki oyunda məğlub olublar. Qurban Qurbanovun yetirmələri avstriyalılara 3:4, polşalılara isə 0:1 hesabıyla uduzub.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *