Prosineçki: İnanıram ki, Qarabağ Qöteborqu keçəcək

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş «Qarabağ» — «Neftçi» oyunundan (3:0) sonra müsahibəsi.

— Gördüklərinizdən razı qaldınız?
— «Qarabağ» özünü yaxşı tərəfdən göstərməklə qalib gəldi. «Neftçi» isə zəif oynadı.

— Razısınız ki, «Neftçi» hər mövsüm daha da zəifləyir, «Qarabağ» isə sabit çıxış edir?
— «Neftçi»dən hamımız daha yaxşısını gözləyirik, amma bunu görə bilmirik. İndi bu komanda öz imkanlarından aşağı çıxış edir. «Qarabağ»a gəlincə, bu komanda Çexiya «Viktoriya»sını keçə bilməsə də, Çempionlar Liqasının pley-off mərhələsində oynamağa layiq idi. Çox təəssüf ki, «Qarabağ» səfərdə İsveç «Qöteborq»una uduzdu. Halbuki, bu oyunda da çox yaxşı təsir bağışladılar. İnanıram ki, «Qarabağ» bu komandanı keçib, Avropa Liqasının qrup mərhələsində oynaya biləcək. Ümumiyyətlə, «Qarabağ» son illərdə sabit çıxış edirlər, Azərbaycanda ən güclüdürlər. «Qəbələ» də yaxşı çıxış edir, Sloveniya «Maribor»una da qarşı yaxşı oynadılar. Onların yeni transferləri də çox yaxşıdır.

— «Əlincə Arena» ilk dəfə deyil çempionat matçını qəbul edir. Yığmamızın da burada oynaması mümkündür?
— Mən burada bir neçə dəfə olmuşam. Arena xoşuma gəlir. Amma belə məsələlərə AFFA rəhbərliyi qərar verir.

— Ramil Şeydayev, Emin Mahmudov və Dəniz Yılmaz Azərbaycan yığmasında oynaya biləcək?
— Ramilin hələ 19 yaşı var. O, Rusiyanın müxtəlif aşağı yaş qrupları üzrə komandasında çıxış edib. İndi «Trabzonspor»da oynayır. O, milliyə lazımlı futbolçudur. Yılmaza gəlincə, AFFA onunla üç ildir danışıq aparır. Onun Azərbaycanla bağlılığı da var.

— Şeydayevlə Mahmudov San Marino ilə seçmə mərhələ oyununda meydanda olacaq?
— Bəli, onları toplanışa dəvət edəcəyəm.

— Bəs qarşıdakı oyundan nə gözləyirsiniz?
— Bircə onu deyə bilərəm ki, San Marinoya qələbə dalınca gedəcəyik.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *