14 Rəşad Sadıqov

Milliyyətaze Азербайджан
aze Азербайджан
MövqeMüdafiyəçi
Boy180
Çəki79
Текущая командаQaraba?
СоревнованияPremyer Liqa
Сезоны2014/15

VIDEO

 

1911725_874820245862361_126808778767223670_n

Rəşad Sadıqov (doğum 16 iyun 1982-ci il, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu, Azərbaycan milli futbol komandasının və «Qarabağ» klubunun kapitanıdır. Müdafiəçi mövqeyində oynayır.

2000-2001-ci illərdə Azərbaycanın «Turan Tovuz», 2001-2002, 2003-2005, 2006-2008-ci illərdə «Neftçi Bakı», 2009-2010-cu illərdə «Qarabağ», 2002-2003-cü illərdə İranın «Fulad Xuzistan» və 2005-2006-cı illərdə Türkiyənin «Kayserispor», 2008-2009-cu illərdə «Kocaelispor», 2010-2011-ci illərdə Əskişəhərspor klublarının heyətində çıxış edib. 2011-ci ildən Azərbaycanın «Qarabağ» klubunda çıxış edir.

Dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Üç dəfə Azərbaycan Premyer Liqasının, iki dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

2001-ci ildən Azərbaycan milli futbol komandasında çıxış edir. Milli komandada 95 oyun keçirib və 4 qol vurub.

 

Rəşad Sadıqov 16 iyun 1982-ci ildə Bakıda anadan olub. Əslən Şuşalıdır. Təhsilə 1989-cu ildə Suraxanı rayonu 226 saylı orta məktəbdə başlayıb. 1 il sonra 34 nömrəli məktəbə keçib, qalan 10 ili orada oxuyub.Rəşad Sadıqov futbola 1992-ci ildə 10 yaşında məktəb illərində Tofiq Bəhramov adına futbol məktəbinə məşqlərə gedib. Müəllimi Vaqif Paşayev olub. O, həmçinin Bakıda «Şərur», «Hava qüvvələri» komandası, «Real Bakı» komandalarında futbol oynayıb.

 

Karyerası

2000-2009

402902_346092202068504_1584051292_nRəşad Sadıqov 2000-2001-ci illərdə «Turan»ın heyətində çıxış edib. Burada cəmi 9 oyun keçirib və qol vurmayıb. Rəşad 2001-ci ildə «Neftçi»nin heyətinə qoşulub. Burada 2001-2002 mövsümündə 23 oyun keçirib və 1 qol vurub. 2002-ci ildə klubdan ayrılıb. Rəşad Sadıqov 2002-2003-cü illərdə İranın «Fulad» klubunun heyətində çıxış edib. Burada 20 oyun keçirib, qol vurmayıb.

2003-cü ildə yenidən «Neftçi»nin heyətinə qayıdıb. 2003-2004-ci illər mövsümündə Neftçinin heyətində 10 oyun keçirib, qol vurmayıb. 2004-2005 mövsümündə 21 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib. Sadıqov2005-ci ilin avqustunda «Neftçi»nin UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan, Belçikanın «Anderlext» klubuna Bakıda 1:0 hesabı ilə qalib gəldiyi cavab görüşündən sonra klubdan ayrılıb. Sadıqov 2005-2006 mövsümündə 13 oyun keçirib və qol vurmayıb. Rəşad 2003-2005-ci illərdə «Neftçi»nin heyətində ümumilikdə 44 oyun keçirib və cəmi 1 dəfə fərqlənib.

Neftçidən ayrıldıqdan sonra Rəşad karyerasını baş məşqçi Ərtoğrul Sağlamın istəyi ilə Türkiyənin «Kayserispor» klubunda davam etdirdi. 20 avqust 2005-ci ildə «Dənizlispor»la oyunda debüt edib, oyunu əvəzolunmadan keçirib. Transfer olunduğu ilk vaxtlarda Rəşadın işləri yaxşı gedirdi. Ancaq qış fasiləsinə yaxın Rəşad zədələnəndi və heyətdən kənarda qaldı. Zədəsi sağaldıqdan sonra Neftçiyə 6 aylığa icarəyə verildi. «Kayserispor» mövsümü bürünc medalla başa vurdu. Mövsüm bitəndən sonra Rəşad kluba qayıtdı və UEFA İntertoto Kuboku oyunlarında iştirak etdi. Macarıstanın «Sopron» klubu ilə ikinci təsnifat mərhələsinin oyunlarında meydana çıxdı. «Kayserispor» iki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazandı. Üçüncü təsnifat mərhələsində Yunanıstanın «Larissa» klubu ilə oyunlarda da Rəşad «Kayserispor»un heyətində meydana çıxıb. «Kayserispor» bu klubu da mübarizədən kənarlaşdıraraq kubokun qaliblərindən biri olub.263630_250186018325790_2089906_n

Ərtoğrul Sağlamın adət etdiyi mövqedə, müdafiənin mərkəzində yox sağında oynadırdı. Bu, Rəşadı qane etmədiyi üçün klubdan getməyi qərara aldı. Sadıqovun «Kayserispor»da son oyunu 5 avqust 2006-cı ildə «Trabzonspor»a qarşı olub. Son oyununu Rəşad əvəzolunmadan keçirib. Rəşad 2005-2006-cı illərdə bu klubun şərəfini qoruyub. Futbolçu bu komanda ilə UEFA İntertoto Kubokunda da oynayıb. Bu klubda 10 oyun keçirib. Ailə məsələlərinə görə bu klubdan ayrılıb.

«6,7 ilimi verdiyim «Neftçi»dən layiq olmayan şəkildə uzaqlaşdırıldım»
—Rəşad Sadıqov

268255_250181251659600_101087_nFutbolçu 2006-cı ildə üçüncü dəfə «Neftçi» ilə müqavilə bağlayıb. 21 iyun 2008-ci ildə Slovakiyanın «Nitra» klubu ilə UEFA İntertoto Kubokunun birinci təsnifat mərhələsinin ilk oyununda 7-ci dəqiqədə hesabı açıb. Bu, Sadıqovun qitəmiqyaslı yarışlarda ilk qolu idi.58 oyuna 7 qol vurub. Rəşad Sadıqov Azərbaycan Premyer Liqası‎nda üç dəfə çıxış etdiyi «Neftçi»nin heyətində ümumilikdə 135 oyun keçirib, 9 qol vurub.2008-ci ildə «Neftçi» klubunun baş məşqçisi Hans Yurgen Gede tərəfindən əvəzedici komandaya göndərdi. Sadıqov fiziki formasını qorumaq üçün bir müddət əvəzedici heyətlə məşq edib. Daha sonra orada qalmayan müdafiəçi karyerasının böyük hissəsini keçirdiyi Neftçidən gedəsi oldu.

«Neftçi»dən qovulduqdan sonra İspaniyanın «Valyadolid» komandasının ikinci heyətində bir müddət məşq edib.Futbolçunun daha sonra «Boluspor»la müqavilə bağlayacağı gözlənilirdi.Bu transfer baş tutmadıqdan sonra Sadıqov «Kocaelispor» klubunun düşərgəsinə yollanıb. Müqavilə ilə «Neftçi»yə məxsus olduğundan Rəşadın «Kocaelispor»la müqavilə imzalamağında problemlər olmuşdu. «Neftçi» klubu transfer haqqı tələb edirdi.Problemlər yoluna qoyulduqdan sonra Rəşad klub ilə 6 aylıq müqavilə bağlayıb. Rəşad bu klubda 1 nömrə altındakı formada çıxış edib. Rəşad Sadıqov 2008-2009-cu illərdə «Kocaelispor»un heyətində olub.

Rəşad «Kocaelispor»da çıxış edərkən uğurlu oyunlarına görə Türkiyə mətbuatı ona «Terminator» ləqəbi vermişdi.

2009-2014

Kocaelispordan ayrıldıqdan sonra Rəşad «Qarabağ» klubunun heyətinə qoşulub. Aftandil Hacıyevin zədəli olmasına görə UEFA Avropa Liqası oyunlarında 2 oyunluq Qarabağa kömək etmək üçün klubla razılığa gəlib. 16 iyul 2009-cu ildə Norveçin VRusenborq» klubu ilə səfər oyununda Qarabağın heyətində debüt edib. Bir müddət sonra 2009-cu ilin yayında Rəşad bu klubla 1 illik müqavilə imzalayıb. «Qarabağ»ın heyətində ilk qolunu UEFA Avropa Liqası 2009/2010 mövsümünün ikinci təsnifat mərhələsinin cavab oyununda Norveçin «Rusenborq» komandasına vurub. Bu qol Qarabağı UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə çıxarıb. Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda 81-ci dəqiqədə cərimə zərbəsindən Finlandiyanın «Honka» klubunun qapısına qol vuraraq hesabı 2-1 edib və «Qarabağ»a qələbə qazandırıb. «Qarabağ» klubunun heyətində isə Azərbaycan Premyer Liqası‎nda ilk oyununu 23 sentyabr 2009-cu ildə Ağdamda «Qəbələ» ilə II turdan təxirə salınmış oyunda keçirib.264995_250184231659302_791266_n

2010-cu ildə «Qarabağ» klubu ilə 1 illik müqavilə imzalayıb. «Qarabağ» rəhbərliyi Rəşada xarici klublardan təklif gələcəyi halda, problem yaratmayacağını bildirib. Rəşada bir neçə klub müqavilə təklif etdi. UEFA Avropa Liqasının 2010/2011 mövsümünün ilk təsnifat mərhələsində Makedoniyanın «Metallurq» Skopye komandası ilə ev oyununda oyunun 26-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən hesabı açıb. Oyun 4-1 hesabı ilə başa çatıb. Rusiyanın «Alaniya» klubu Rəşadı öz heyətində görmək istəyirdi. Amma Rəşad Sadıqov Türkiyə variantını üstün tutdu. «Qarabağ»ın heyətində Almaniyanın «Borussiya Dortmund» klubuna 0:1 hesabı ilə uduzduqları cavab oyunundan sonra Rəşad «Əskişəhərspor»un dəvətini qəbul etdi.

Rəşad «Əskişəhərspor»la iki illik müqavilə imzaladı. Ancaq yeni komandasını debütünün reallaşmaq üçün onu transfer edən baş məşqçi Rza Çalımbayın istefasını gözləmək lazım gəldi. Onu bu postda əvəzləyən Bülənt UyğunSadıqovun əsas heyətə yolunu açsa da, tezliklə gedişinin də əsas səbəbkarı oldu. Gənc çalışdırıcı qalib heyəti dəyişməməyi üstün tutaraq, millimizin kapitanına zədəsini sağaldan sonra yalnız bir oyunda şans verdi. Bu da daha çox məcburiyyətdən, yəni digər mərkəz müdafiəçisi Nadareviçin cəzalı olması ilə bağlı idi. Rəşad bu klubda 41 nömrəli futbolkada çıxış edib. Rəşad Sadıqov bu klubda ilk oyununu 17 oktyabr 2010-cu ildə «İstanbul Böyükşəhər Bələdiyyəsi» komandasına qarşı keçirib. Bu oyunda Sadıqov 90 dəqiqə meydanda olub. Rəşadın bu klubda karyerası qısa və uğursuz oldu. Əsas heyətdə möhkəmlənə bilmədi. Cəmi 5 oyunda meydana çıxdı. 450 dəqiqə meydanda oldu və 1 sarı vərəqə aldı. Buna görə 2011-ci ilin əvvəlində Rəşad «Əskişəhərspor» klubundan ayrılıb.

«Karyeramı «Qarabağ»da bitirmək istəyirəm»
—Rəşad Sadıqov

2011-ci ilin yanvarında «Qarabağ» klubunun vitse-prezidenti Tahir Gözəl Rəşad Sadıqovun yenidən komandaya gətirilməsini istəyib. Rəşad Sadıqov həmin ilin fevral ayındaƏskişəhərspor klubundan ayrılaraq yenidən «Qarabağ»ın heyətinə qoşulub. Fevralın 15-də mətbuat konfransı keçirilib, Rəşad klubla 6 aylıq müqavilə imzalayıb. «Qarabağ» klubunun heyətində ölkə çempionatında ilk qolu 19 avqust 2012-ci ildə «Sumqayıt» klubunun qapısına vurub. Rəşad 2012-2013 mövsümünün sonlarında zədələnərək mövsümü vaxtından tez başa vurub, sonuncu «Simurq» klubu ilə oyuna çıxa bilməyib.

Rəşad Sadıqov 2013-2014 mövsümünün sonunda «Qarabağ» komandası ilə ilk dəfə Azərbaycan çempionut titulunu qazanıb. Bu, Sadıqovun ümumilikdə üçüncü Azərbaycan çempionluğu idi.

2014-dən bəri

2014-cü ilin iyun ayında Rəşad «Qarabağ» klubu ilə müqaviləsini 3 il — 2017-ci ilədək uzadıb. UEFA Çempionlar Liqasının ilk oyunlarını zədə səbəbindən buraxan Rəşad Sadıqov 30 iyul 2014-cü ildə III təsnifat mərhələsində «Zalsburq» komandası ilə ilk oyunun 57-ci dəqiqəsində komanda yoldaşı Leroy Corcu əvəz edərək «Qarabağ»ın heyətində bu turnirdə debüt edib. Bu oyun onun Avrokuboklarda keçirdiyi 50-ci oyun idi. Bir həftə sonra 6 avqust 2014-cü il tarixində «Zalsburq» komandası ilə cavab qarşılaşmasını Rəşad əvəzolunmadan keçirib, «Qarabağ» bu mərhələdə mübarizəni dayandırıb və UEFA Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ əldə edib. Rəşad pley-off mərhələsində «Tvente» ilə hər iki oyunda əsas heyətdə meydanda olub. İki oyunun nəticəsinə görə «Qarabağ» tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Rəşad «Qarabağ»ın Avroliqanın qrup mərhələsindəki bütün oyunlarında əsas heyətdə meydana çıxıb.»Qarabağ» qrupu üçüncü yerdə başa vuraraq mübarizəni dayandırıb. Rəşadın 19 dekabrda «Xəzər-Lənkəran» komandasına qarşı keçirdiyi oyun onun Azərbaycan çempionatları tarixindəki 250-ci oyunu olub.

Rəşad komanda yoldaşı Qara Qarayevin qalib gəldiyi Futbol+ qəzetinin keçirdiyi ilin futbolçusu səsverməsində 124 səslə üçüncü olub.

Milli komanda karyerası

530449_687639661247088_97824119_n2001-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 6 oktyabr 2001-ci ildə FİFA Dünya Kuboku 2002-nin seçmə oyunları çərçivəsində İsveç yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 28 mart 2004-cü ildə yoldaşlıq görüşündə Qazaxıstan milli futbol komandasına vurmuşdur.

Rəşad Sadıqov milli komandanın heyətində UEFA Avropa Kuboku 2004-ün seçmə mərhələsində 7 oyun keçirib.

4 sentyabr 2004-cü ildə FİFA Dünya Kuboku 2006-nın seçmə mərhələ oyunlarında Uelslə qarşılaşmada 55-ci dəqiqədə cərimə zərbəsindən qol vuraraq hesabı 1-1 edib, komandasını məğlubiyyətdən xilas edib. 9 oktyabr 2004-cü ildə Şimali İrlandiya ilə seçmə mərhələ oyununda millinin heyətində ilk dəfə kapitan kimi meydana çıxıb. Bu seçmə mərhələdə Rəşad 9 oyunda millinin heyətində meydana çıxıb.

12 aprel 2006-cı ildə Türkiyə yığması ilə Bakıda keçirilən yoldaşlıq görüşündə 65-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı açıb, oyun 1-1 hesabı ilə başa çatıb. 2006-cı il avqustun 15-də səfərdə Ukraynaya qarşı yoldaşlıq görüşündən (0:6) sonra Şahin Diniyev Sadıqova heç nə demədən komandadan uzaqlaşdırıb və nəticədə müdafiəçi 1 il 3 ay yığmadan kənarda qalıb.2007-ci ildə Şahin Diniyevin yığmadan göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirən Coko Haciyevski Rəşad Sadıqovu yenidən milli komandaya çağırıb.Avro 2008-in seçmə mərhələsinin son iki oyununda millinin heyətində meydana çıxıb.
Rəşad Sadıqov milli komandanın heyətində, Azərbaycan-Portuqaliya oyunu, Bakı, 26 mart 2013-cü il
15 oktyabr 2008-ci ildə Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq qarşılaşması Rəşad Sadıqovun millidə yubiley — 50-ci oyununu olub. 2 iyun 2009-cu ildə Türkiyə ilə yoldaşlıq görüşündə Rəşad 52-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydançanı tərk edib.

2010-cu il dünya çempionatının seçmə mərhələsində millinin heyətində 6 oyuna çıxıb. 28 mart 2009-cu ildə Lujniki stadionunda Rusiya komandası ilə görüşdə 70.000 tamaşaçı qarşısında oynayıb.

29 may 2010-cu ildə Makedoniya ilə yoldaşlıq görüşündə 66-cı dəqiqədə topu öz komandasının qapısından keçirib.

UEFA Avropa Kuboku 2012-nin seçmə mərhələsində Azərbaycan millisinin heyətində oyunlara çıxıb. 7 sentyabr 2010-cu ildə Almaniya ilə səfər oyununda 53-cü dəqiqədə avtoqola imza ataraq hesabı 4-0 edib. Oyun 6-1 hesabı ilə Azərbaycan yığmasının məğlubiyyəti ilə yekunlaşıb. 7 oktyabr 2011-ci ildə Avstriya ilə oyunda 75-ci dəfə meydana çıxmaqla yığmada ən çox oyun keçirən oyunçu statusuna yiyələnib. 12 oktyabr 2012-ci ildə Türkiyə komandası ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda 38-ci dəqiqədə hesabı açıb və Azərbaycana qələbə qazandırıb. Avro 2012-nin seçmə mərhələsində 10 oyunda meydana çıxıb.

FİFA Dünya Kuboku 2014-ün seçmə mərhələsində 8 oyunda millinin heyətində meydana çıxıb. Rəşad Avropa Çempionatı 2016-nın oyunlarında millinin heyətində çıxış edir. 2014-cü ildə o, Bolqarıstan, İtaliya, Xorvatiya və Norveçlə oyunlarda meydana çıxıb. Xorvatiyayla oyunun 61-ci dəqiqəsində Rəşad avtoqol vuraraq hesabı 6-0 edib.

İndiyə qədər milli komandada 95 oyun keçirib və 4 qol vurub.

Rəşad Sadıqov və Şahin Diniyev qalmaqalı
Şahin Diniyevin Rəşad Sadıqovu 2006-cı ildə millidən uzaqlaşdırılması ilə bağlı müxtəlif iddialar var. Bəzi mənbələr iddia edir ki, Rəşad Sadıqov Şahin Diniyevi söydüyündən mütəxəssis belə bir addım atmağa məcbur olub. Başqa bir versiyada bildirilir ki, Rəşad millidə heyətin qurulmasında iştirak etmək istədiyindən mütəxəssis onu cəzalandırıb.

Rəşad Sadıqovun 2008-ci ildə Şahin Diniyev barəsində etdiyi açıqlamadan sitat:

» «Onun heç vaxt halallığını verməyəcəyəm. Gərək, Diniyev mənimlə söhbətləşib, hər şeyi dəqiqləşdirəydi» «
2013-cü ildə Azərbaycan Premyer Liqasının Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən «Qarabağ» – «Rəvan» oyunundan sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla “Rəvan”ın baş məşqçisi Şahin Diniyev matçdan sonra görüşüblər.

Rəşad Sadıqovdan nümunəvi addım (VIDEO)

Atası və anası tərəfindən atılmış bir oğlan uşağı ATV-də yayımlanan «Bizimləsən» verilişində millimizin və «Qarabağ»ın kapitanı Rəşad Sadıqovun fanatı olduğunu,

Rəşad Sadıqov yüzü yarılayır

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, avrokuboklarda ən

Məşqçi Rəşad Sadıqovun debütü (VİDEO)

Təlimatçı-mütəxəssislər Aslan Kərimov ilə Osman Rəhimovun diqqətləri növbəti namizədin məşqlərinə yönəlib. Qol.Az-ın «Xəzər TV»yə istinadən yaydığı xəbərə görə, meydandakı şəxsi

Rəşad Sadıqov 3 ildən sonra

Rəşad Sadıqov qol orucunu pozub. Sport7.az xəbər verir ki, dünən baş tutan «Kəpəz» — «Qarabağ» matçının 9-cu dəqiqəsində hesabı açan

Rəşad Sadıqov: Bizim üçün çətin oyun oldu

«Qarabağ»ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində «Xəzər Lənkəran»a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki,

Rəşad Sadıqov: «Bizə 2-3 tur lazımdı»

«Qarabağ»ın AZAL-a məğlub olduğu matçdan (0:1) sonra Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. — Oyun haqda fikirlərini bildirərdin… Oyun bizim üçün

Rahid Əmirquliyev «Qarabağ»da seçimini etdi

«Xəzər Lənkəran»dan «Qarabağ»a keçən Rahid Əmirquliyev seçimini edib. Qol.Az-ın «sport7.az»a istinadən verdiyi məlumata görə, Əmirquliyev yeni komandasında «15» nömrəli formanı geyinəcək.

Rəşad Sadıqov verdiyi sözə əməl etdi (FOTO)

«Qarabağ»ı dəstəkləyən «İmarət» azad azarkeş qrupunun ilin yekununa həsr olunmuş tədbirində fanatlar futbolçulara narazılığını bildirmişdi. Sport7.az xəbər verir ki, azarkeşlər

Rəşad Sadıqovdan insanlıq dərsi

Milli və «Qarabağ»ın kapitanı Rəşad Sadıqov növbəti dəfə xeyriyyəçi əməli ilə adından söz etdirib. Sportinfo.az-ın məlumatına görə, son 10 ilin

UEFA Rəşad Sadıqovu qeyd etdi

900 dəqiqə meydanlarda   UEFA-nın rəsmi saytı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində meydanda daha çox olan futbolçuların siyahısını açıqlayıb.   Sportal.az

Kapitanın 100-ü (VİDEO)

14 illik milli karyera   Məlum olduğu kimi, millimizin kapitanı Rəşad Sadıqov sabah keçiriləcək İtaliya ilə matçda yığmada 100-cü oyununa

Rəşad Sadıqov: Yadda ancaq nəticə qalır

Azərbaycan milli komandasının və «Qarabağ» klubunun kapitanı Rəşad Sadıqov Malta ilə 2:2 hesablı heç-heçə etdikləri AVRO-2016-nın seçmə qrup matçı barədə

«Aslan qocalsa da, aslandır» (FOTO)

Azərbaycan Premyer Liqasının ikinci turunda hazırda davam edən «Rəvan» — «Qarabağ» matçında Ağdam klubunun xanım azarkeşləri kapitan Rəşad Sadıqova öz

Rəşad Sadıqov: «Deməyə söz tapmıram»

«Qarabağ»ın kapitanı Rəşad Sadıqovun Sport7.az saytına müsahibəsi. — Premyer Liqanın ilk turunda «Qəbələ»yə qarşı keçirdiyiniz qarşılaşma yetərincə maraqlı alındı. 4

Rəşad Sadıqovun durumu qeyri-müəyyəndir

AZAL-la oyunun ilk hissəsində «Qarabağ»ın və milli komandamızın kapitanı Rəşad Sadıqovun zədələnməsi barədə məlumat vcermişdik. Futbol11.az əbər verir ki müdafiəçinin

Robert Prosineçki: «Sağ əlim» olacaq Rəşad

Robert Prosineçki birhəftəlik Antalya toplanışından sonra futbolçular barədə fikirlərini söyləyib. AFFA rəhbərliyi ilə görüşündə. Bu haqda Sportinfo.az-a maraqlı informasiya daxil

Rəşad Sadıqov: MÜSAHİBƏ

“Qarabağ” klubunun və Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi. — Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah “Qəbələ”

Premyer Liqa

Сезон KlubqollarAppearancesAsistentWin RatioSarı kartDraw RatioQırmızı KartLoss RatioOwn Goals
2014/15Qaraba?000000000