Qurban Qurbanov

Milliyyətaze Азербайджан
MövqeMəşqçi
Текущая командаQaraba?
Keçmiş komandaQaraba?
СоревнованияPremyer Liqa
Сезоны2014/15

VİDEOÇARX


Klub karyerası

1990-cı illər

Futbolun sirlərinə «Daşqın» Zaqatala komandasında yiyələnib. 1990-1991-ci illərdə «Daşqın» komandasında 54 oyun keçirib və 24 qol vurub. 1991-1992 mövsümündə Gürcüstanın «Alazani» klubunda çıxış edib. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub. 1992-1993-cü illərdə yenidən «Daşqın» klubunda çıxış edib. 1992-ci ildə «Daşqın»ın heyətində 23 oyuna çıxıb və 13 dəfə fərqlənib. 1993 mövsümündə isə 16 oyun keçirib və 11 dəfə fərqlənib. Qurban Qurbanov «Daşqın» klubunda cəmi 39 oyun keçirib və 24 qol vurub. 1993-cü ildə «Turan»a transfer olunub. 1993-1994 mövsümündə Turanda 29 oyunda meydana çıxıb və 9 qol vurub. Həmin mövsüm Qurban Qurbanov «Turan»ın heyətində Azərbaycan çempionu olub. Bu, onun futbolçu karyerasındakı ilk titul olub. Qurban Qurbanov 1994-1995 mövsümündə isə 10 oyunda meydana çıxaraq 3 qol vurub. 1994-1995 mövsümünü Qurban Qurbanov «Turan» komandası ilə birlikdə gümüş medallar qazanaraq tamamlayıb. 1993-1995-ci illərdə «Turan»da çıxış edib və 39 oyun keçirərək 12 qol vurub. 1995-1996-cı illərdə Mingəçevirin «Kür-Nur» klubunda çıxış edib. «Kür-Nur»da 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə yenidən «Turan»a qayıdıb. 15 oyunda «Turan»ın heyətində meydana çıxaraq 9 qol vurub.

1996-cı ildə «Neftçi» klubuna transfer olunub. 1996-1997-ci il mövsümündə «Neftçi»nin heyətində 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub. 1996/1997 mövsümündə 29 oyun keçirib. UEFA Kuboku 1996/1997 mövsümündə Bolqarıstanın «Lokomotiv» Sofiya klubu ilə birinci təsnifat mərhələsinin oyunlarında 17 iyul 1996-cı ildə keçirilən ev və 24 iyulda keçirilən səfər qarşılaşmasında «Neftçi»nin heyətində oyunu əvəzolunmadan keçirib. İki oyunun nəticəsinə görə 2-7 (2-1, 0-6) hesabı ilə uduzan Neftçi mübarizəni dayandırıb.

1997/1998 mövsümündə 13 oyun keçirib və 9 qol vurub. 1997/1998 mövsümündə «Neftçi»nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında meydana çıxıb. 23 iyul 1997-ci ildə Polşanın «Vidzev» klubu ilə ev oyununu əvəzolunmadan keçirib, bu oyunda «Neftçi» 0-2 hesabı ilə məğlub olub. Bir həftə sonra 30 iyulda keçirilən səfər qarşılaşmasında da əsas heyətdə meydana çıxıb, bu oyunda Qurban 51-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 81-ci dəqiqədə Xaqani Məmmədovla əvəzlənib. Bu oyunda «Neftçi» 8-0 hesabı ilə məğlub olub. İki oyunun nəticəsinə görə «Neftçi» mübarizəni dayandırıb. «Neftçi» klubunda 1996-1998-ci illərdə 43 oyun keçirib və 43 qol vurub.

1998-ci ildə Rusiyanın «Dinamo» Stavropol klubunda çıxış edib. 39 oyunda meydana çıxıb və 17 qol vurub. 1999-cu ildə Rusiyanın «Fakel» Voronej və «Baltika» Kalininqrad klublarında çıxış edib. «Fakel» klubunda 12 oyuna 8 qol vurub. «Baltika» klubunda isə 14 oyun keçirib və 1 dəfə qol vurub.

2000-ci illər

Qurban Qurbanov 2000-2001-ci illərdə Rusiyanın «Fakel» Voronej klubunda çıxış edib, 28 oyun keçirib və 7 qol vurub.

2001-ci ildə Qurbanov yenidən Azərbaycanın «Neftçi» Bakı klubuna transfer olunub. UEFA Kuboku 2001/2002 mövsümündə Neftçinin heyətində çıxış edib. 9 avqust 2001-ci ildə Sloveniyanın ND Qoriça klubu ilə keçirilən ev oyununu əvəzolunmadan keçirib, bu oyun 0-0 hesabı ilə başa çatıb. 23 avqust 2000-ci ildə səfər oyununda da 90 dəqiqə meydanda olub. Qurban Qurbanov oyunun ikinci hissəsinə əlavə olunmuş 2-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu oyunda Neftçi 1-0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 2001-2002-ci illərdə Neftçinin heyətində 14 oyun keçirib və 9 qol vurub.

2002-ci ildə yenidən «Fakel» Voronej klubunda çıxış edib, 28 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə digər Rusiya klubuna, «Volqar» Həştərxana keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb.

2003-cü ildə yenidən «Neftçi» klubuna qayıdıb. 9 may 2004-cü ildə Azərbaycan Kubokunun finalında «Şəmkir» ilə qarşılaşmada «Neftçi»nin heyətində meydana çıxıb, bu oyunda «Neftçi» 1-0 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb. 2003-2004 mövsümündə Neftçinin heyətində 4 oyun keçirib və 4 qol vurub.

21 iyul 2004-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda Bosniya və Herseqovinanın «Şiroki Briyeg» klubu ilə qarşılaşmada kapitan kimi meydana çıxıb. «Neftçi» 1-0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə «Neftçi» növbəti mərhələyə çıxıb. İkinci təsnifat mərhələsində «Neftçi»nin rəqibi Rusiyanın «ÇSKA» Moskva klubu olub. 27 iyul 2004-cü ildə keçirilən və 0-0 hesabı ilə başa çatan ilk oyunda Qurban Qurbanov sonadək meydanda olub. 4 avqust 2004-cü ildə cavab qarşılaşmasında da «Neftçi»nin heyətində meydana çıxıb. Bu oyunda «Neftçi» 2-0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 2004-2005 mövsümündə Neftçinin heyətində 23 oyun keçirib və 10 qol vurub.

11 sentyabrda «Gənclərbirliyi» Sumqayıt klubu ilə 4-cü tur oyununda 10-cu və 65-ci dəqiqədə iki qol vuraraq dubl edib. Oyun 3-0 hesabı ilə «Neftçi»nin xeyrinə başa çatıb. 16 oktyabr 2004-cü ildə çempionatın 7-ci turunda «MKT-Araz» klubu ilə oyunda 36-cı dəqiqədə oyunda ilk qolu vurub, oyun 0-1 hesabı ilə «Neftçi»nin xeyrinə başa çatıb. Azərbaycan çempionatının 28-ci turunda MOİK klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı açıb, oyun bu hesabla başa çatıb. 2 aprel 2005-ci ildə 25 aprel 2005-ci ildə «Şahdağ Samur» klubu ilə oyunda 86-cı dəqiqədə oyunda yeganə qolu vurub. 20 may 2005-ci ildə ölkə çempionatının 33-cü turunda «Turan» Tovuz klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı 2-1 edib və komandasına qələbə qazandırıb.

2005-ci ildə «Neftçi» klubundan ayrılaraq «İnter» klubuna keçib.

21 avqust 2005-ci ildə Azərbaycan çempionatının 2005-2006 mövsümünün ikinci turunda Karvanla oyunda 30-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1-1 edib, oyun 2-1 hesabı ilə «İnter»in xeyrinə başa çatıb. Bu qol Qurbanovun «İnter» karyerasında yeganə qolu olub. Qurban Qurbanov «İnter»də cəmi 3 oyun keçirib.

Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında — 33 yaşında bitirib.

Statistika

 

Klub Çempionat Mövsüm Liqa Kubok Avropa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Daşqın Zaqatala Sovet İkinci Liqası 1990-91 ? ? ? ? 0 0 54 24
Cəmi ? ? ? ? 0 0 54 24
Alazani Umaqlasi Liqa 1991-92 ? ? ? ? 0 0 17 4
Cəmi ? ? ? ? 0 0 17 4
Daşqın Zaqatala Azərbaycan Çempionatı 1992 23 13 0 0 0 0 23 13
1993 ? ? ? ? 0 0 16 11
Cəmi ? ? ? ? 0 0 39 24
Turan Tovuz Azərbaycan Çempionatı 1993-94 ? ? ? ? 0 0 29 9
1994-95 ? ? ? ? 0 0 10 3
Cəmi ? ? ? ? 0 0 39 12
Kür-Nur Mingəçevir Azərbaycan Çempionatı 1995-96 ? ? ? ? 0 0 12 4
Cəmi ? ? ? ? 0 0 12 4
Turan Tovuz Azərbaycan Çempionatı 1996 ? ? ? ? 0 0 15 9
Cəmi ? ? ? ? 0 0 15 9
Neftçi Bakı Azərbaycan Çempionatı 1996-97 ? ? ? ? 1 0 29 34
1997-98 ? ? ? ? 2 0 14 9
Cəmi ? ? ? ? 3 0 43 43
Dinamo Stavropol Rusiya Çempionatı 1998 ? ? ? ? ? ? 39 17
Cəmi ? ? ? ? ? ? 39 17
Fakel (Voronej) Rusiya Çempionatı 1999 ? ? ? ? ? ? 12 8
Cəmi ? ? ? ? ? ? 12 8
Baltika Kalininqrad Rusiya Çempionatı 1999 ? ? ? ? ? ? 14 1
Cəmi ? ? ? ? ? ? 14 1
Fakel Voronej Rusiya Çempionatı 2000-01 ? ? ? ? ? ? 25 2
Cəmi ? ? ? ? ? ? 25 2
Neftçi Bakı Azərbaycan Çempionatı 2001-02 ? ? ? ? 2 0 14 9
Cəmi ? ? ? ? 2 0 14 9
Fakel Voronej Rusiya Çempionatı 2002 ? ? ? ? ? ? 28 7
Cəmi ? ? ? ? ? ? 28 7
Volqar Həştərxan Rusiya Çempionatı 2003 ? ? ? ? ? ? 21 0
Cəmi ? ? ? ? ? ? 21 0
Neftçi Bakı Azərbaycan Çempionatı 2003-04 ? ? ? ? ? ? 4 4
2004-05 ? ? ? ? 3 0 23 10
Cəmi ? ? ? ? ? ? 27 14
İnter Bakı Azərbaycan Çempionatı 2005-06 3 1 0 0 0 0 3 1
Cəmi 3 1 0 0 0 0 3 1
Cəmi SSRİ ? ? ? ? ? ? 54 24
Gürcüstan ? ? ? ? ? ? 17 4
Azərbaycan ? ? ? ? ? ? 192 118
Rusiya ? ? ? ? ? ? 139 35
Karyera cəmi ? ? ? ? ? ? 402 181

 

 

Milli komanda karyerası

17 iyul 1992-ci ildə Azərbaycan milli futbol komandasının ilk oyununda çıxıb. Gürcüstan milli futbol komandası ilə qarşılaşmada 46-cı dəqiqədə Musa Qurbanovu əvəz edərək meydana daxil olub.

8 iyun 1993-cü ildə EKO Kuboku turnirində Qazaxıstanla qarşılaşmada 10-cu dəqiqədə hesabı açıb və 25-ci dəqiqədə 2-ci qolu vuraraq hesabı 1-2 edib. Oyun 3-3 hesabı ilə başa çatıb. Bu Qurban Qurbanovun milli komanda karyerasında ilk qolu və ilk dublu idi.

UEFA Avropa Kuboku 1996-ın seçmə mərhələsində 11 oktyabr 1995-ci ildə İsraillə səfər və 15 noyabr 1995-ci ildə Polşa ilə ev oyunlarında meydana çıxıb. İsraillə oyunda 70-ci dəqiqədə, Polşa ilə oyunda isə 69-cu dəqiqədə Vidadi Rzayevi əvəz edərək meydana daxil olub.

 

Qurban Qurbanov (göy formada) Azərbaycan-İngiltərə qarşılaşmasından əvvəl Devid Bekhemlə görüşür

Qurban Qurbanov Azərbaycan millisinin heyətində FİFA Dünya Kuboku 1998-in seçmə mərhələsində də iştirak edib. 7 oyunda meydana çıxıb, qol vurmayıb.

2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında da milli komandanın heyətində meydana çıxıb. 5 iyun 1999-cu ildə Bakıda Lixtenşteyn komandası ilə oyunda 16-cı dəqiqədə hesabı açıb, oyun 4-0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Bu qol Qurbanovun seçmə mərhələdə yeganə qolu olub. Cəmi 7 oyuna çıxıb.

2000-ci ilin fevral ayında Albaniyada keçirilən Rothmans Turnirində millinin heyətində Albaniya və Andorra millilərinə qarşı oyunlarda çıxıb.

2002-ci il Dünya çempionatının seçmə mərhələsində 3 oyunda meydana çıxıb və qol vurmayıb.

UEFA Avropa Kuboku 2004-ün seçmə oyunlarında da meydana çıxıb. 12 fevral 2003-cü ildə Podqoritsada Serbiya və Monteneqro milli futbol komandası ilə oyunda 2-0 Azərbaycan millisi uduzarkən 57-ci və 78-ci dəqiqələrdə iki qol vuraraq hesabı 2-2 edib və komandasına 1 xal qazandırıb. 11 iyun 2003-cü ildə Serbiya və Monteneqro ilə ev qarşılaşmasında da fərqlənib. 88-ci dəqiqədə qol vuraraq hesabı 1-1 edib. Bu oyun 2-1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Bu seçmə mərhələdə Qurban 6 oyuna çıxıb və 3 qol vurub.

6 iyun 2004-cü ildə Riqada Latviya millisi ilə keçirilən yoldaşlıq oyununda 75-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1-2 edib. Oyun 2-2 hesabı ilə başa çatıb. Bu, Qurban Qurbanovun milli komanda karyerasında vurduğu sonuncu qol olub.

FİFA Dünya Kuboku 2006-nın seçmə mərhələsində millinin heyətində 8 oyuna çıxıb, qol vurmayıb. 7 sentyabr 2005-ci ildə Avstriya milli komandası ilə keçirilən qarşılaşma Qurbanovun millidə sonuncu oyunu olub. Bu oyunda Qurbanov 90-cı dəqiqədə Samir Əliyev ilə əvəzlənib.

Azərbaycan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. 1992-1995-ci illər ərzində Azərbaycan yığmasının heyətində 67 oyun keçirib və 14 qol vurub.

Milli komandada oyun statistikası

Mənbə:eu-football.info

 

Flag of Azerbaijan.svg Azərbaycan milli futbol komandası
İl Yoldaşlıq Dünya K. Dünya K. s/m Avropa K. Avropa K. s/m Başqa Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
1992 1 0 0 0 0 0 0 0 0 0 0 0 1 0
1993 1 0 0 0 0 0 0 0 0 0 3 2 4 2
1994 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0
1995 0 0 0 0 0 0 0 0 2 0 0 0 2 0
1996 5 2 0 0 2 0 0 0 0 0 0 0 7 2
1997 4 1 0 0 5 0 0 0 0 0 0 0 9 1
1998 5 0 0 0 0 0 0 0 3 1 0 0 8 1
1999 2 1 0 0 0 0 0 0 4 1 0 0 6 2
2000 0 0 0 0 0 0 0 0 0 0 2 0 2 0
2001 1 0 0 0 3 0 0 0 0 0 0 0 4 0
2002 3 0 0 0 0 0 0 0 3 0 0 0 6 0
2003 0 0 0 0 0 0 0 0 3 3 0 0 3 3
2004 5 3 0 0 4 0 0 0 0 0 0 0 9 3
2005 2 0 0 0 4 0 0 0 0 0 0 0 7 0
Cəmi 29 7 0 0 18 0 0 0 16 5 5 2 67 14

 

 

Milli komandada vurduğu qollar

Mənbə: eu-football.info

# Tarix Məkan Rəqib Hesab Nəticə Yarış
1. 8 iyun 1993 Azadi Stadionu, Tehran, İran Flag of Kazakhstan.svg Qazaxıstan 1–0 3-3 EKO Kuboku
2. 8 iyun 1993 Azadi Stadionu, Tehran, İran Flag of Kazakhstan.svg Qazaxıstan 2–1 3-3 EKO Kuboku
3. 27 fevral 1996 Antonis Papadopoulos Stadionu, Larnaka, Kipr Flag of the Faroe Islands.svg Farer adaları 3–0 3-0 Yoldaşlıq görüşü
4. 27 may 1996 Munisipal Stadionu, Molodeçno, Belarus Flag of Belarus.svg Belarus 1–1 2-2 Yoldaşlıq görüşü
5. 22 mart 1997 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Flag of Turkmenistan.svg Türkmənistan 3–0 3-0 Yoldaşlıq görüşü
6. 14 oktyabr 1998 Raynpark Stadionu, Vaduts, Lixtenşteyn Flag of Liechtenstein.svg Lixtenşteyn 2–1 2-1 UEFA Avro 2000 seçmə mərhələ
7. 6 mart 1999 Antonis Papadopoulos Stadionu, Larnaka, Kipr Flag of Estonia.svg Estoniya 1–0 2-2 Yoldaşlıq görüşü
8. 5 iyun 1999 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Flag of Liechtenstein.svg Lixtenşteyn 1–0 4-0 UEFA Avro 2000 seçmə mərhələ
9. 12 fevral 2003 Pod Qoritsom Stadionu, Podqoritsa, Serbiya və Monteneqro Flag of Serbia and Montenegro.svg Serbiya və Monteneqro 2-1 2–2 UEFA Avro 2004 seçmə mərhələ
10. 12 fevral 2003 Pod Qoritsom Stadionu, Podqoritsa, Serbiya və Monteneqro Flag of Serbia and Montenegro.svg Serbiya və Monteneqro 2-2 2–2 UEFA Avro 2004 seçmə mərhələ
11. 11 iyun 2003 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Flag of Serbia and Montenegro.svg Serbiya və Monteneqro 1–1 2-1 UEFA Avro 2004 seçmə mərhələ
12. 31 mart 2004 Respublika Stadionu, Kişinyov, Moldova Flag of Moldova.svg Moldova 1–1 2-1 Yoldaşlıq görüşü
13. 28 may 2004 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Flag of Uzbekistan.svg Özbəkistan 1–0 3-1 Yoldaşlıq görüşü
14. 6 iyun 2004 Skonto Stadionu, Riqa, Latviya Flag of Latvia.svg Latviya 1-2 2-2 Yoldaşlıq görüşü

Məşqçilik karyerası

2008-ci ildə Azərbaycan milli futbol komandasının Litvaya qarşı keçirdiyi yoldaşlıq görüşündə yığmada məşqçi funksiyasını yerinə yetirib. Qurban Qurbanov 2006-cı ildə 10 günlük Kayserisporda, 2009-cu ildə «Qalatasaray»da, 2011-ci ildə «Borrusiya» Dortmund klubunda, 2012-ci ildə isə «Barselona» klubunda təcrübə keçib. 2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan futbolunun 100 illiyi münasibətilə Qurban Qurbanova Əməkdar məşqçi adı verilib. Avropa yarışlarında ən uğurlu azərbaycanlı məşqçidir: 19 qələbə.

Neftçi

2006-cı ildə Ağasəlim Mircavadovun gedişindən sonra «Neftçi» klubunda məşqçilik fəaliyyətinə başlayıb. Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağın edib – 6:1. Onun baş məşqçi olduğu dövrdə «Neftçi» həm UEFA Kubokunda, həm də Azərbaycan çempiontında uğursuz çıxış edib. Qurban Qurbanov məşqçilik fəaliyyətinə başladığı flaqmanı çalışdırdığı 15 ayda gümüş mükafat vəUEFA Kubokuna vəsiqə qazanıb. 2005-ci ilin iyulunda Avstriyanın «Rid» klubu ilə görüşdə (1:3 və 2:0) mərhələ adlaya bilməyən məşqçi yeni mövsümün 4-cü turundan — 2005-ci ilin sentyabrın 2-də «İnter»lə 0-0 hesabı ilə başa çatan oyundan sonra istefa verib. Bundan sonra klubda idman direktoru vəzifəsində çalışan Qurban Qurbanov həmin ilin iyul ayında öncə bu postdan da istefa verib.

Qarabağ

2009-2013-cü illər

 

Qurban Qurbanov Qarabağ futbol klubunun təlim məşq toplanışında (25 iyun 2009)

2008-ci ildə «Qarabağ» Ağdam klubu ilə bir illik müqavilə bağlayıb. O, baş məşqçi vəzifəsində türkiyəli Rasim Karanı əvəz edib. 2008-ci ilin sonunda müqaviləsinin başa çatmasına iki ay qalmış Qarabağ rəhbərliyi Qurbanovla2009-cu ilin fevral ayını gözləmədən 3 illik müqavilə bağlamaq qərarına gəlib.

Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə finalda «İnter» (Bakı) klubunu 1:0 hesabı ilə məğlub etməklə tarixində üçüncü dəfə ölkə kubokunun qalibi olmuşdur. Bununla da Qurban Qurbanov Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub: 2004-cü ildə «Neftçi»də komandanın kapitanı kimi və 2009-cu ildə «Qarabağ»da baş məşqçi kimi. 2009-2010 mövsümündə «Qarabağ» Qurbanovun rəhbərliyi altında UEFA Avropa Liqasının pley-offadək irəliləyib. 17 aprel 2010-cu ildə Azərbaycan Premyer Liqası 2009/2010 mövsümünün XXVII turunda «Qarabağ»-«Bakı» oyununda «Bakı» komandasının dördüncü qolu vurmasından sonra azarkeşlər Qurban Qurbanovu istefaya səsləyiblər, oyun 1-4 hesabı ilə «Bakı»nın xeyrinə başa çatıb. Mövsümün sonunda «Qarabağ» Qurban Qurbanovun başçılığı altında Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.

2010-cu il noyabrın 11-də AZAL Bakı ilə oyundakı 0:2 hesablı məğlubiyyət Qurban Qurbanovun Qarabağa başçılıq etdiyi 100-cü oyun olub. Azərbaycan çempionatının 2010-2011 mövsümündə ardıcıl 3 oyunda «Qarabağ» meydanı qol vurmadan və xalsız tərk etdi. Bundan sonra Qurbanovun istefaya gedəcəyi ilə bağlı xəbərlər yayılsa da, «Qarabağ» rəhbərliyi Qurbanovla əməkdaşlığı davam etdirəcəklərini bildirdi:»“Rəsmi olaraq bildiririk ki, Qurbanova hər zaman olduğu kimi, tam dəstəyi davam etdiririk.« 2010-2011 mövsümündə «Qarabağ» çempionatın bürünc medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəlilədi.

Azərbaycan çempionatının 2011-2012 mövsümündə «Qarabağ»ın «Xəzər-Lənkəran»a 1:0 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində Ağdam klubunun azarkeşlərinin yer aldığı sektordan baş məşqçi Qurban Qurbanov əleyhinə istefa şüarları səsləndirilib. Bunun arxasında azərbaycanlı məşqçi Ağasəlim Mircavadovun olduğu ilə bağlı ehtimallar vardı. 2011-2012 mövsümü Qarabağ üçün uğursuz olub, komanda çempionatda medalsız qalıb və qitəmiqyaslı yarışlara vəsiqə qazana bilməyib.

Azərbaycan Premyer Liqasının 2012-2013 mövsümünün III turunda «Sumqayıt»la qarşılaşmada «Qarabağ»ı 200-cü dəfə meydana çıxarıb. 2012-2013 mövsümünün V turunda 16 sentyabr 2012-cü ildə AZAL Bakı-«Qarabağ» oyununda 6-2 hesabı ilə uduzduqdan sonra komandadan gedə biləcəyi ilə bağlı açıqlama verdi. Lakin klub rəhbərliyi Qurbanovla yola davam edəcəklərini dedi. Bu hadisədən sonra Qarabağın İmarət fan klubu da Qurban Qurbanovu dəstəkləyən bəyanat verdi. Həmin mövsümün sonunda Qurban Qurbanovun başçılıq etdiyi komanda Azərbaycan Premyer Liqasının gümüş medalını qazandı və UEFA Avropa Liqasında pley-off mərhələsinədək irəlilədi.

2013-dən bəri

Azərbaycan Premyer Liqası 2013/2014 mövsümünün ilk turunda «İnter» klubu ilə qarşılaşmada Qarabağın futbolçusu Riçard Almeydaya qarşı rəqib müdafiəçi Brüs Abdulayenin sərt oyununa etiraz edərək meydançaya daxil olub. Buna görə baş hakim Rəhim Həsənov onu tribunaya göndərib və AFFA İntizam Komitəsi Qurbanovu 1 oyunluq diskvalifikasiya edib, klubunu isə 1000 manat cərimələyib. 20 dekabr 2013-cü ildə çempionatın II dövrəsinin son turunda «İnter» klubu ilə qarşılaşmada məşqçilik karyerasında 200-cü oyununu keçirib. 2013-2014-cü il mövsümündə Qurban Qurbanov məşqçilik karyerasında «Qarabağ» komandası ilə ilk dəfə Azərbaycan çempionu titulunu qazanıb. Növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparan «Qarabağ» III təsnifat mərhələsində Avstriyanın «Zalsburq» komandasına məğlub olaraq mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirməli olub. Bu mərhələdə Qurbanovun komandasının rəqibi 2009-cu ildə «Qarabağ»ı mübarizədən kənarlaşdıran «Tvente» klubu olub. Ev oyununda 0-0 edən «Qarabağ» səfərdə 1-1 hesablı nəticə əldə edərək ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. «Qarabağ»ın «Tvente» ilə cavab qarşılaşması Qurbanovun bu komandaya başçılıq etdiyi 250-ci oyun olub.Qurbanovun başçılığı altında «Qarabağ» qrup mərhələsində 6 xal toplayaraq üçüncü olub və növbəti mərhələyə yüksələ bilməyib.

Hazırda «Qarabağ» futbol klubunun baş məşqçisidir. «Qarabağ» futbol klubu ilə ən çox oyun keçirən və ən çox qələbə qazandıran baş məşqçidir.

Statistika

Mənbə:
Son yenilənmə: 10 yanvar 2015

 

Ölkə Komanda Mövsüm Nəticə
O Q H M T.f Q % X
Flag of Azerbaijan.svg Neftçi Bakı 2006-07 24 17 3 4 47-15 70.8 % 54
2007-08 4 2 1 1 9-4 50 % 7
Cəmi 28 19 4 5 56-19 67.8 % 61
Flag of Azerbaijan.svg Qarabağ Ağdam 2008-09 26 14 7 5 35-22 53.8 % 49
2009-10 32 14 12 6 31-26 43.75 % 54
2010-11 32 17 7 8 41-22 53.1 % 58
2011-12 32 15 8 9 37-28 46.8 % 53
2012-13 32 16 11 5 43-26 50 % 59
2013-14 36 21 9 6 66-21 58.3 % 72
2014-15 16 10 4 2 29-17 62.5 % 34
Cəmi 206 107 59 40 282-161 51.9 % 379
Karyera cəmi 234 126 63 45 328-178 53.8 % 440

 

 

Uğurları

Futbolçu karyerasında

Flag of Azerbaijan.svg Turan Tovuz
  • Azərbaycan Premyer Liqası
    • Qalib (1): 1993/1994
    • Gümüş (1): 1994/1995
Flag of Azerbaijan.svg Neftçi
  • Azərbaycan Premyer Liqası
    • Qalib (3): 1996/1997, 2003/2004, 2004/2005
  • Azərbaycan Kuboku
    • Qalib (2): 1996/1997, 2003/2004
Flag of Azerbaijan.svg Azərbaycan
  • EKO Kuboku
    • 3-cü yer (1): 1993

Şəxsi

  • Azərbaycanda ilin futbolçusu (1): 2003
  • Azərbaycan Premyer Liqası bombardir: 1996/1997

Məşqçilik karyerasında

Flag of Azerbaijan.svg Qarabağ
  • Azərbaycan Kuboku
    • Qalib (1): 2008/2009
  • Azərbaycan Premyer Liqası
    • Qalib (1): 2013/14
    • İkincilik (1): 2012/2013
    • Üçüncülük (2): 2009/2010, 2010/2011

Şəxsi

  • Azərbaycanda ilin ən yaxşı baş məşqçisi («Komanda» qəzetinin versiyası) (5): 2009, 2010,, 2011, 2013, və 2014
  • Azərbaycan Premyer Liqası «Mövsümün ən yaxşıları»: 2010-2011
  • Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adı: 2011
  • Azərbaycan İdman Araşdırmalar Mərkəzinin ilin baş məşqçisi mükafatı (2): 2013, 2014

Digər fəaliyyətləri

2012-ci ildə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Müsbət Dəyişiklik gənclər hərəkatının birgə hazırladığı qadınlara qarşı zorakılığa “YOX” deyək sosial reklam çarxında çəkilib.

Qurban Qurbanov axtarışdadı (MÜSAHİBƏ)

Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda «Qarabağ” və «Zirə” komandaları arasında yoxlama görüşü baş tutub. Qarşılaşma Ağdam təmsilçisinin 4-0

Qurban Qurbanovun qələbə şərhi (VIDEO)

“Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi final mərhələsinə vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə bunu “Qarabağ”ın baş məşqçisi

Qurban Qurbanov Maykl Essyen xəbərini təkzib etdi

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanın «Panatinaikos» klubunun və Qana yığmasının yarımmüdafiəçisi Maykl Essyeni transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət

Qurban Qurbanova yeni vəzifə

AFFA-nın İcraiyyə Komitəsinə daha bir namizədin adı bəlli olub. «Qarabağ” rəhbərliyi baş məşqçisi Qurban Qurbanovun namizədliyini vermək fikrindədi. 44 yaşlı

Qurban Qurbanovdan daha bir uğur

Premyer Liqanın XXII turunun «Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə «Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.  44 yaşlı

Qurban Qurbanov mükafatlandırıldı (VİDEO-FOTO)

Bu gün «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb. Qol.Az-ın məlumatına görə, «komanda.az saytının jurnalistlər arasında keçirdiyi rəy sorğusuna əsasən Azərbaycanda ilin

Qurban Qurbanov: «Qarabağ»in uğurlari azdir» (VIDEO)

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini təqdim edir. «İmarət» fan-klubunun möhtəşəm tədbirində təcrübəli mütəxəssis komandasının uğurlarının az olduğunu, nailiyyətləri artırmaq

Qurban Qurbanov: «Qələbə haqda düşünürük»

«Qarabağ» klubu Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək «Anderlext»lə oyun üçün Belçikaya yollanıb. Qol.Az-ın «sportnet.az»a istinadın yaydığı xəbərə görə, 

UEFA «Qarabağ»ı alqışladı (FOTO)

UEFA «Qarabağ»a bu klubun Azərbaycan Premyer Liqası çərçivəsində oktyabrın 4-də keçirdiyi oyunla bağlı məktub göndərib. Sport7.az xəbər verir ki, məktubda Ağdam

Qurban Qurbanov sualları cavablandıracaq

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq «Qarabağ` — «Tottenhem» qarşılaşmasından öncə  keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Qurban Qurbanov «Barselona»ya görə tələsdi

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən «Qarabağ» — «Kəpəz» matçı ağdamlıların 3:0 hesablı qələbəsi ilə yekunlaşdı. Sport7.az xəbər verir ki,

Məşqçilərin «sağ əlləri»

Bəziləri «sükan»ı tək əllə idarə edir Cari mövsüm Premyer Liqada mübarizə aparan komandaların 8-nin baş məşqçisi yerlidir. 2 komandanı —

Qurban Qurbanovun qələbə şərhi

“Sıx qrafiki qələbə ilə başa vurduq. “Xəzər Lənkəran”la görüşdən sonra bir müddət istirahət etmək imkanımız olacaq”. Qol.Az-ın PFL-in saytına istinadən

Qurban Qurbanov: «Buna görə şadam»

Azərbaycan Premyer Liqasının 10-cu turunda «Rəvan»ı 1:0 hesabı ilə məğlub edən «Qarabağ» yenidən liderliyə yüksəlib. Sport7.az xəbər verir ki, oyundan sonra

Qurban Qurbanov: «İştahamız pis deyil»

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Fransada “Monako” klubunun qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi  

Qurban Qurbanovun oğlu Rusiyada bombardir oldu

“Neftçi”nin U-14 komandasının iştirakı ilə Rusiyanın Krasnodar şəhərində keçirilən “Dəri top” turnirinə yekun vurulub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,

Deputatlar da Qurban Qurbanovu dəstəkləyir

Futbol üzrə Azərbaycan çempionatının oktyabrın 4-də keçirilən “İnter”- “Qarabağ”(0-2) görüşünün sonlarında ikincilərin baş məşqçisi Qurban Qurbanovun etdiyi jest hələ də

Qurban Qurbanovun 48-ci oyunu

2008-ci ildən…   2008-ci ilin yayından «Qarabağ»ın «sükanı arxasına» keçən Qurban Qurbanov altıncı mövsümdür ki. komandanı qitəmiqyaslı yarışa çıxarır. Qurbanovun

Qurban Qurbanov: «Reynaldonu sata bilərik»

«Qarabağ»ın hücumçusu Reynaldo Silvaya xarici klublardan təkliflər var. Bunu Qol.Az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.  O, braziliyalı

Qurban Qurbanovun vaxtı (FOTO)

«Qarabağ” artıq İsveçrədədir. Sport7.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində «Yanq-Boyz»la qarşılaşacaq təmsilçimiz ötən gün 17:00-da Bakını tərk edib.

Pupon Qurbanovdan 1 ay möhlət istəyib

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Raydell Pupondan ümidini üzməyib. Hollandiyalı hücumçu «Seltik»lə Çempionlar Liqası matçlarında və «Qəbələ» ilə Premyer Liqanın

Qurban Qurbanov: «Yanq Boyz» maraqlı komandadı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi   — Avropa Liqasının pley-off mərhələsində “Yanq Boyz”la qarşılaşacaqsınız. Rəqib barədə ilkin

Qurban Qurbanov 20:30, Ronni Deyla 21:00-da

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` (Azərbaycan) — `Seltik` (Şotlandiya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli

Qurban Qurbanov Mirko Mariçi qabaqlayacaq

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” — “Rudar” qarşılaşması öncəsi baş tutacaq mətbuat konfansının vaxtı məlum olub.

Hər şey bizdən asılı deyil (MÜSAHİBƏ)

Bu il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” hazırlıqlarını davam etdirir. Apasport.az saytı komandanın baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim

Prosineçki Qurban Qurbanovla görüşdü (FOTO)

Millimizin baş məşqçisi «Qarabağ»ın düşərgəsində «Qarabağ» Avstriyanın Kössen şəhərində hazırlıqlarını davam etdirir. Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının baş

Qurban Qurbanov püşkə münasibət bildirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünə münasibət bildirib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,

Qurban Qurbanov haqda film çəkilib

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov haqda film çəkilib. Qol.Az-ın məlumatına görə, Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli

Qurban Qurbanov: «Onlardan xoşum gəldi»

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində «Xəzər Lənkəran»a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir

QURBAN QURBANOV: «HƏR OYUN DƏRSDİR» (VİDEO)

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində «Neftçi»yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki,

Qurban Qurbanovun 3 qol vurduğu komanda (VİDEO)

Növbəti oyununu Serbiyaya qarşı keçirəcək Azərbaycan yığması tarixində 5-ci dəfə bu ölkənin komandası ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, iyunun

Qurban Qurbanov: Nəticə üçün oynadıq

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal çərçivəsində «Simurq»a qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki,

Qurban Qurbanov: «Maraqlı oyun alındı»

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində «Sumqayıt»a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir

“Qarabağ” yeni rekorda imza atıb

Azərbaycan kubokunun 1/4 final mərhələsində “Bakı”nı hər iki matçda (3:0, 4:1) böyük hesabla məğlub edən “Qarabağ” buna nail olan 3-cü

QURBAN QURBANOV: «Çox qol izlədik» (VİDEO)

Supersport.Az ölkə kubokunda «Bakı»nı mübarizədən kənarlaşdıran «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun açıqlamasını videogörüntüyə alıb. «Çox qol izlədik. «Bakı» sona qədər

Qurban Qurbanov əsəbləşdi (VİDEO)

  «Simurq»la oyunda əsəbləşən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun açıqlamasını təqdim edir. Təcrübəli mütəxəssis, komandasının qələbəsini yüksək qiymətləndirib, bununla yanaşı,

Bu gün dediklərimin canlı şahidi olduq

«Yaxşı komandaya qarşı oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis Topaz Premyer

Qurban Qurbanov: Asan oyun olmayacaq

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov azərisport.az saytına müsahibəsində «Simurq»la oyundan, legioner limitindən eləcə də çempionatın səviyyəsindən danışıb. — Komandanızı «Simurq»la

`Qurban Qurbanov` Leroy Corc bizim futbolcudur

Daha əvvəl də xəbər vermişdik ki, «Qarabağ”ın hollandiyalı yarımmüdafiəşisi Leroy Corcun müqaviləsi mövsümün sonunda bitəcək. Goal.az xəbər verir ki, klub

Premyer Liqa

Сезон KlubqollarAppearancesAsistentWin RatioSarı kartDraw RatioQırmızı KartLoss RatioOwn Goals
2014/15Qaraba?000000000