Dino Ndlovu

Milliyyətrsa Южная Африка
MövqeForward
Boy1,83
Çəki70
Текущая командаQaraba?
СоревнованияAvropa Liqası, Azərbaycan kuboku, Premyer Liqa

«Qarabağ»ın yeni transferi Dino Ndlovu Ağdam klubuna keçidindən danışıb.

«Bu, mənim karyeramda yeni çağırışdı. Etdiyim bu seçimə görə tam xoşbəxt olduğumu deyə bilərəm. Türkiyədə də oynaya bilərdim. Amma «Qarabağ»ı seçdim. Çünki bu klubla yenidən Avropa Liqasında oynamaq şansı qazanacağam».

Ndlovunun sözlərinə görə, Azərbaycan çempionunu təkcə Avroliqaya görə seçməyib: «Bu komanda ilə yeni mükafatlar, titullar qazanmaq şansım da var. «Qarabağ» güclü və möhtəşəm klubdur. Əla infrastrukturu var. Məncə, belə şəraiti əksər klublar sadəcə, arzu edə bilər».

«Qarabağ»la tanış olduqda klubun yaxın gələcək üçün yaxşı layihələrinin olduğunu gördüm. Buna görə də özümü bu komandada sınamaq istədim. Onlar da mənim bu layihənin bir hissəsi olmağımı istəyirdilər. Ona görə də səylə işləyib, bu imkandan yaxşı yararlanmağa çalışacağam».

Dino Azərbaycanda oynayacaq ilk cənubi afrikalı futbolçu olmasından da söz açıb: «Bəli, mən özümü burada sübuta yetirməliyəm və göstərməliyəm ki, Cənubi Afrika Respublikasında istedadlı futbolçular çoxdur, biz peşəkarıq».