Odikadze: Çempionluğa 3 namizəd var: Qarabağ, Qəbələ və İnter

İnterin sabiq futbolçusu David Odikadze bəyan edib ki, Azərbaycan futbolunu hazırda da izləyir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Azərbaycan futbolunu izləyirəm. «İnter»ə azarkeşlik edirəm. İlk turda «Qarabağ» üzərində qələbələrini bir sözlə ifadə edə bilərəm: super. Fikrimcə, bu mövsüm çempionluq uğrunda 3 komanda mübarizə aparacaq: «Qarabağ», «Qəbələ» və «İnter».

Amma çempionatda klub sayının az olması təəssüf doğurur. Mənim olduğum dövrdəki rəqabət indi yoxdur. «Qarabağ» digər komandalardan fərqlənir».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *