Nizami Hacıyev: «Ölkənin ən güclü komandası ilə oyunda xal qazandıq» (VİDEO)

Azərbaycan Premyer Liqanın 23-cü turu çərçivəsində «İnter» evdə «Qarabağ”la 1:1 hesabı ilə bərabərə qalıb.

Matçdan sonra meydan sahiblərinin yeganə qolunun müəllifi Nizami Hacıyev jurnalistlərə müsahibə verib:

Qələbəni sona yaxın əldən verdiniz. Bu qarşılaşmanı necə xarakterizə edərdiniz?

— Rəqib komandanı təhlil etmişdik və çətin olacağını bilirdik. Hər şey gözlədiyimiz kimi oldu. Bu gün 1 xal qazandıq. Çünki qarşımızdakı son 2 mövsümün qalibi olan komanda idi. Yenə deyirəm, ölkənin ən güclü komandası ilə dueldən 1 xal qazandıq. Bunu deməkdə yanılmıram. Düzdü, qolu son dəqiqələrdə buraxdıq. Amma rəqib bir qədər əvvəl də qol vura bilərdi. Məncə, heç-heçə ədalətli nəticədi.

— Sona yaxın nə baş verdi ki, üstünlüyü rəqibə verdiniz?

— Müdafiə ilə bağlı problemlər yarandı. Bunu müzakirə etmək istəmirəm, çünki mənim səlahiyyətimdə deyil. Baş məşqçi var, səhvləri, nöqsanları deyəcək. Yorğunluq var idi. «Qarabağ” fiziki baxımdan ən hazırlıqlı komandalardandı. Ümumi götürdükdə, komandamız yaxşı oynadı.

— Fasilədən sonra hücuma çıxmaq haqda sanki düşünmürdünüz. Hesabı qorumaq üçün bu taktikaya keçməyiniz erkən deyildi?

— Qolu vurduqdan sonra, hesabı qorumağa çalışdıq. İndi nə desək gecdi, çünki oyun başa çatıb, komandalar hərəyə 1 xal qazanıb. Nəticə məlumdu. Razıyam ki, müdafiəyə erkən çəkildik. Rəqibi əks-hücumlarda da tuta bilərdik. Nə isə… Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün də sona qədər mübarizə aparacağıq.

Avrokuboklara vəsiqəni çempionatdan, yoxsa ölkə kubokunu əldə etməklə yollanmaq istəyirsiniz?

— Əsad diqqətimizi çempionata yönəltmişik. Təbii ki, mümkün olsa, kuboku qazanmağa çalışacağıq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Əksər futbolçumuz zədəlidi, əlimizdə istədiyimiz qədər material yoxdu.

— Qış fasiləsindən sonra 5 oyun keçirmisiniz və cəmi 5 xal qazanmısınız. Bu nəticəni «İnter” üçün qənaətbəxş hesab etmək olar?

— Xeyr, yaxşı nəticə deyil. Amma arxada qalan oyunlar haqda danışmaq da gecdi. Yaxşı hazırlaşmamışdıq. Bu, bütün komandanın səhvidi. Bundan sonra yaxşı olacağını düşünürük.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *