«Neftçi» «Qarabağ»ın futbolçusunu aldı

«Qarabağ»dan daha bir futbolçu ayrılıb. Sport7.az xəbər verir ki, söhbət gənc müdafiəçi Bilal Abbaszadədən gedir.

21 yaşlı oyunçu karyerasını «Neftçi»də davam etdirəcək. Bizdə olan məlumata görə, Abbaszadə ilə 1 illik müqavilənin imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Bilal «Qarabağ»ın yetirməsidi. O, əsas komandaya cəlb olunsa da, forma şansı qazana bilmirdi. Abbaszadə daha çox əvəzedici komandaya kömək edirdi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *