Muarem Muarem: “Qol buraxanda “İnter”lə oyunu xatırladım” (VIDEO)

“Qarabağ”ın aparıcı üzvü Muarem Muaremin “Viktoriya» (Plzen) ilə görüşdən sonra (1:1) müsahibəsi

— “Qarabağ” yenə Çempionlar Liqasınn pley-offundan kənarda qaldı. “Viktoriya” qol vurarkən hansı hisslər keçirdin?

— Qol buraxanda “İnter”lə (2014-cü ildə Bakıda İtaliya «İnter»i ilə matçı nəzərdə tutur — red.) oyunu xatırladım. Bu, bir qədər fərqli məyusluq idi. Çempionlar Liqasında ilk dəfə pley-offda oynayacağdıq. Digər tərəfdən də minimum Avroliqanın qrupunu təmin edirdik. Əvvəldən ÇL-i düşünürdük. Məqsədimiz bu turnirdə qrupa düşmək idi. Lakin alınmadı. “Viktoriya”ya qarşı yaxşı oynadıq. Rəqibin 1 epizodu oldu, onu da dəyərləndirdilər. Biz isə bir neçə qol şansını boşa verdik.

— Razısan ki, 1:0-dan sonra ikinci qolu vurmaqla matçın taleyini daha erkən həll etmək olardı?

— Razıyam. Hesabda öndə olarkən qol braxacağımızı düşünmürdüm. Əksinə, fikirləşirdim ki ikinci qolu da vuracağıq. Ard-arda şansları boşa verdik. Futbolun qaydası var, vurmayana vurarlar.

— “Qarabağ”ın “Viktoriya”nı keçə bilməməsini nə ilə əlaqələndirmək olar?

— Qaçırılan epizodalarla. Vaxtında ikinci qolu vurmaq lazım idi. Nəticəyə görə çox məyusuq. Bunu necə unuducağımızı heç bilmirəm.

— “Qarabağ” ardıcıl üçüncü mövsüm Avroliqanın qrup mərhələsində oynaya biləcək?

— Bunun üçün əlimizdən gələni edəcəyik. İndi daha yaxşı oynamalıyıq. Bütün gücümüzü meydanda qoymalıyıq. “Viktoriya”ya qarşı da tam gücümüzlə oynadıq. Meydanda mübarizə apardıq. Lakin alınmadı… Nə deyəcəyimi bilmirəm.

— Oyundan sonra paltardəyişmə otağında Qurban Qurbanov nə dedi?

— Komandamızın yaxşı oynadığını söylədi. Bildirdi ki, hər kəs bütün gücünü meydanda qoydu. Sadəcə, bəxtimiz gətirmədi.

— Zamanı geri çəkmək mümkün olsaydı, “Viktoriya” ilə görüşdə nəyi dəyişmək istərdin?

— Elə həminki kimi oynardıq. Sadəcə, yaxaladağımız şanslardan yararlanmalıydıq. Başqa deyəcək bir sözüm yoxdur.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *