Muarem Muarem «Qarabağ»ın tarixinə keçdi (CƏDVƏL)

«Qarabağ” Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub. Sport7.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqanın 27-ci turunun «Rəvan”la ev oyununa təsadüf edib.
Paytaxt klubu ilə görüşədək rəqib qapılarından 998 top keçirən Ağdam təmsilçisinin tarixi qolunu Muarem Muarem vurub. Makedoniyalı komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada «Qarabağ”ın 2-ci, klub tarixində isə 1000-ci qolun müəllifi olub.
Maraqlıdır ki, ağdamlıların 900-cü qolunu da Muarem vurub. O, 703 gün əvvəl «Neftçi” ilə qarşılaşmada buna nail olub.
İlk qolunu 1992-ci ildə Sabirabad «İnşaatçı”sının qapısından keçirən «Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.
Azərbaycan çempionatları tarixində «Neftçi”dən sonra 1000-i arxada qoyan 2-ci komanda olan «Qarabağ” «Rəvan”la görüşdə 5:1 hesablı qələbəylə qol sayını 1003-ə də çatdırıb. Bunların 593-ü ev, 395-i səfər, 15-i neytral meydanda vurulub. İndiyədək 684 matç keçirən, bunların 21-də texniki nəticə qeydə alınan «Qarabağ”ın orta məhsuldarlığı 1,51-ə bərabərdir.

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *