Muarem Muarem: «Onlar ac canavar kimidi»

“Hər bir rəqib komandanın özünə görə qəhrəmanı və oyunu var. Qruplarda zəif komanda olmur. Mən belə düşünürəm… Bütün komandalar mübarizə apararaq bu mərhələyə gəldilər. Əgər biz bir komandanı zəif görürüksə demək ki, düşündüyümüz şey səhvdi. Biz hansısa komandanı zəif gösək öz oyunumuzu oynaya bilməyəcəyik. Zəif komandalar ac canavar kimidi. Sənin səhv etməyini gözləyirlər və buraxacağın nöqsan sənə baha başa gəlir”.

Bu sözləri  “Qarabağ”ın futbolçusu Muarem Marem deyib.

Ağdam klubunun makedoniyalı üzvü qrup mərhələindəki rəqibləri dəyərləndirərkən daha sonar qarşıdakı matça toxunub:

“İndidən “Slovan”la oyun haqqında nəisə deyə bilmərəm. Lakin qələbə qazanmaq üçün meydana çıxacağımızı öncədən deyim. Bizim üçün fərqi yoxdur ki, rəqibimizlə harda oynayırıq, hansı stadionda, havanın istisində və ya soyuqunda, fərq etməz, hər oyunda qalib gəlmək məcburiyyətindəyik”.

Qeyd edək ki, “Qarabağ” AL-in qrup mərhələsindəki ilk matçını sentyabrın 15-də Çexiyanın “Slovan” kollektivi nə qarşı keçirəcək.

İdmanxeber.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *