Muarem Muarem: Neftçiyə də qalib gəlmək üçün çox ciddi hazırlaşmalıyıq

«Qarabağ»ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində «Kəpəz» üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb.

— Zədə səbəbindən buraxdığınız bu oyunla bağlı nə deyə bilərsiniz?
— Bəli, mən bu görüşdə iştirak edə bilmədim. Oyunu tribunadan izlədim. Komandamız yaxşı oynadı. Çətinliklə də olsa, üç xal qazana bildik.

— «Qarabağ»ın bu oyunda çətinliklə üzləşməsi qazonla bağlı idi, ya başqa səbəbləri vardı?
— Gəncədəki stadionun qazonunun durumu hər kəsə yaxşı bəllidir. «Qarabağ», topla oynamağı xoşlayan futbolçular üçün belə meydanda hərəkət etmək çox çətindir.

— Əfran İsmayılovun qolu ilə bağlı nə deyə bilərsiniz?
— Gözəl qol alındı. Amma qol barədə çox danışmağa dəyməz. Çünli Əfranın ustalığı burada öz sözünü dedi.

— Oyundan sonra baş məşqçiniz Qurban Qurbanov bu üç xalı çempionatda qazandıqları ən çətin qələbə kimi qiymətləndirdi…
— Onunla tam razıyam. Həqiqətən də bu mövsüm qazanılan ən çətin qələbə idi.

— Stadiondakı atmosferlə bağlı nə deyə bilərsiniz?
— «Kəpəz» azarkeşləri möhtəşəm idilər. Bütün oyunu dayanmadılar, komandalarını dəstəklədilər. Gəncə klubunun fanatlarına bu cür dəstəyə, futbola belə münasibətə görə təşəkkürümü bildirirəm. Bu, futbolçular üçün də çox vacibdir. Çox istərdim ki, çempionatın digər oyunlarında da belə fanatları görək.

— Qarşıda «Neftçi» ilə oyun var. Həmin görüşə qədər sıraya dönə biləcəksiniz?
— Bu oyun bizim üçün çox vacibdir. «Neftçi» ilə görüşlərimiz həmişə ağır keçir. Bu görüşə çox ciddi hazırlaşmaq lazımdır ki, qələbə qazanaq. Mən də hazır olmağa çalışacağam. Amma heyəti baş məşqçi müəyyənləşdirir.

— «Neftçi»nin Nikolas Kanalesi geri qaytarmasından xəbəriniz var. Onu meydana çıxacağı halda «Qarabağ» üçün problem saymaq olar?
— Kanales çox yaxşı futbolçudur. Ona qarşı oynamağın nə dərəcədə çətin olduğunu ən yaxşısı müdafiəçilər söyləyə bilər. «Neftçi» Kanalesi qaytarıbsa, deməli, ona ehtiyacı var. Ona Azərbaycanda uğurlar arzulayıram.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *