Muarem Muarem: «İnter»i yaxşı oyunla məğlub etdik»

«Qarabağ»ın makedoniyalı futbolçusu Muarem Muarem  Azərbaycan Premyer Liqanın 31-ci turunda «İnter»ə bu gün evdə qalib gəldikləri oyunla bağlı düşüncələrini bölüşüb.

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, 2:0 hesabı ilə qələbə qazandıqları matçda 2-ci qolun müəllifi olan yarımmüdafiəçi «CBC Sport»a açıqlamasında çətin oyunun olduğunu söyləyib:

«Bunu bilərək matça ciddi hazırlaşmışdıq. Yaxşı futbol göstərdik və vacib qələbə qazandıq. Qarşıda hələ oyunlarımız var. Bundan sonra da uğurlu çıxış etməyə çalışacağıq. Çempion olmaq istəyirik».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *