Muarem Muarem: «Çempionluqdan danışmaq hələ çox tezdi» (VİDEO)

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən «Qarabağ» — «Neftçi» matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Sport7.az xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Muarem Muarem qarşılaşmadan sonra qələbəbi belə şərh edib:

«Oyunun çətin keçəcəyini bilirdik. Buna görə də, qarşılaşmaya yaxşı hazırlaşmışdıq. 3 xalı qazandığımız üçün sevincliyik. Rəqib də yaxşı oynadılar. Mən də tədricən öz formamı bərpa etməyə çalışıram. Bunun üçün çox məşq edirəm. Xeyli müddət oynamamağım öz təsirini göstərir. Oyunlar sakit, qalmaqaldan uzaq olmalıdı. Qurban Qurbanov xüsusi nəsə tapşırmamışdı. «Çıxın, öz oyununuzu oynayın» dedi. Hər məşqdə maksimum çalışıram. Məşqçi kimin oynayacağı ilə bağlı qərarı özü verir. Ona görə, əsas heyətdə meydana çıxıb-çıxmamağı çox da problem etmirəm. Çempionluqdan danışmaq hələ çox tezdi. Qarşıda oyunlarımız var, arxayınlaşmaq olmaz».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *