Millimiz Slovakiyanı məğlub etdi

Futzal millimiz «Avro-2016″nın pley-off mərhələsində ilk oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın rəqibi Slovakiya olub.

Doğma azarkeşləri önündə slovaklarla üz-üzə gələn millimiz rəibini 3 dəfə məyus etməyi bacarıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Slovakiyada keçiriləcək.

15 sentyabr

«Avro-2016″nın pley-of mərhələsi, ilk oyun

21:00. Azərbaycan – Slovakiya — 3:1
Qollar
: Amadeu, 7 (1:0), Brunovski, 12 (1:1), Borisov, 33 (2:1), Kozar, 34-avtoqol (3:1)
Hakimlər: Admir Zahoviç, Borut Şiviç, Deyan Nikoliç (hamısı Sloveniya)
Bakı. İdman Sarayı

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *