Martin Smedberq: Qarabağa qarşı daha yaxşı oynamalıyıq

İsveçin «Qöteborq» klubunun yarımmüdafiəçisi Martin Smedberq Avropa Liqasının pley-off mərhələsi çərçivəsində «Qarabağ»a qarşı keçirəcəkləri ilk oyun öncəsi ölkə çempionatında «Falkenberq» üzərində qazandıqları (2:0) qələbədən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

«Falkenberq»lə oyunda çoxlu qol şansımız oldu. Xüsusilə də birinci hissədə. Amma biz onların hamısından yararlana bilmədi. Qarşıda bizi «Qarabağ»la vacib oyun gözləyir. Bu oyunda əvvəlkilərlə müqayisədə daha yaxşı çıxış etməyə çalışmalıyıq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *