Maksim Medvedev: «Zirə» ilə xal fərqimiz elə də çox deyil»

«Oyun bizim üçün çox uğurlu alındı»
«Qarabağ»ın müdafiəçisi Maksim Medvedev «Neftçi»yə 2 — 0 qalib gəldikləri matçdan sonra «CBC Sport»-a açıqlama verib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu oyunun «Qarabağ» üçün çox uğurlu alındığını bildirib:
«Oyun bizim üçün çox uğurlu alındı. Üç xal qazanmaq vacib idi. Rəqib güclü komandadır. Gənc futbolçulardan təşkil olunub. Bəzi epizodlarda onlar hətta bizdən də yaxşı çıxış etdilər. Amma biz ələ düşən qol şanslarından yararlana bildik və qələbə qazandıq. «Zirə» ilə aramızda xal fərqi elə də çox deyil. Bu üstünlüyü ardıcıl iki uğursuz oyunla əldən verə bilərik. Çempionatda bütün komandalar digərlərindən xal ala bilər».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *