Maksim Medvedev: Sumqayıt Qarabağa qalib gələ bilirsə…

«Qarabağ»ın müdafiəçisi Maksim Medvedev komandasının vaxtından əvvəl Azərbaycan çempionu olmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Çempionatın sonuna qədər hələ çox oyun var. Nəzəri baxımdan biz mövsümü altıncı pillədə də başa vura bilərik. Ona görə də çempionluqdan danışmaq hələ tezdir. Bəzi adamlar bizim indidən çempion olacağımızı deyir. Düzdür, biz də çempion olmaq istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik. Amma belə söhbətləri eşidəndə, baş qoşmamağa çalışırıq. İşi sonadək görmək lazımdır. Mənim fikrimcə, Premyer Liqada bizə qalib gələcək gücdə olan komandalar var. Məncə, «Qəbələ» ilə «Neftçi» də «Qarabağ» qədər güclüdür. «Neftçi» yeddinci pillədə qərarlaşsa da, onlarla oyunlarımız çox çətin keçir. «Sumqayıt» bizə qalib gəlirsə, bunu istənilən rəqibimiz edə bilər. «Qarabağ»ın heç kimə uduzmayacağını demək olmaz».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *