Maksim Medvedev: “Bu onun getməsinə işarə deyil” (VİDEO)

Beynləxalq yoldaşlıq görüşləri çərçivəsində milli komandamız Olimpiya Stadionunda Moldova millisi ilə qarşılaşıb. Oyun millimizin 2-1 hesablı qələbəsi ilə başa çatıb. Qarılaşmadan sonra milli komandamızın futbolçusu Maksim Medvedev jurnalistlərin suallarını cavblandırıb:
 
-İlk öncə qələbə haqqında danışardın…
-Gördüyünüz kimi maraqlı oyun alındı. Düşünürəm ki, nəticə yaxşı oldu. Hamımız qələbə üçün oynayırdıq. Bunu da bacardıq.

-Rəşad Sadıqovun yoxluğunda mərkəzdə çıxış edirdin. Özünü necə hiss elədin?

-Normal. Qeyri-adi bir şey yox idi. Çempionatda «Xəzər Lənkəran”la oyunda da mərkəzdə oynamışdım.

-Rəşad Sadıqov milli karyerasını bitirsə, müdafiənin mərkəzində onu əvəz edə bilərsinizmi?

-Hazırda Rəşadın zədəsi var. Amma bu onun  millidən getməsinə işarə deyil.  Lakin bizim məşqçimiz var. Harda məsləhət görürsə, orada da oynayacağam. Rəşad qayıtdıqdan sonra isə yenidən öz mövqeyimdə oynamağa başlayacağam.

-Son dəqiqədə müdafiəçilərimiz rəqibin futbolçusuna qarşı kobud oynadı. Həmin epizodda qapımıza penalti təyin oluna bilərdi?

-Hakim orada iki qərar verə bilərdi. Həmin qərar isə bizim lehimizə oldu.  Söhbət etdiyimiz epizodda kobudluq olduuğunu düşünmürəm.  İstər-istəməz rəqiblə toqquşdum.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *