Məşqçi Rəşad Sadıqovun debütü (VİDEO)

Təlimatçı-mütəxəssislər Aslan Kərimov ilə Osman Rəhimovun diqqətləri növbəti namizədin məşqlərinə yönəlib.

Qol.Az-ın «Xəzər TV»yə istinadən yaydığı xəbərə görə, meydandakı şəxsi futbolçu kimi hər kəs tanısa da, məşqçi kimi kimsə görməyib. Bu, millinin və “Qarabağ”ın kapitanı, rekordçu Rəşad Sadıqovdur.

«B» kateqorıyalı məşqçi lisenziyası almağa çalışan Sadıqov ilk məşqində əmin görünsə də, imtahanlar barədə ehtiyatlı danışıb.

Kapitan onu da xüsusi qeyd edib ki, gördüklərimiz karyerasını bitirdikdən sonra qəti şəkildə məşqçi kimi çalışacağı anlamına gəlməməlidir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *