Məşhur futbolçular haqda bilmədiyiniz maraqlı faktlar (FOTO)

Armenteros yeddi dildə danışa bilir
Məşhur futbolçular haqda maraqlı faktları sizə təqdim edirik:
Fransalı müdafiəçi Lilian Turam rəqib hücumçuları zərərsizləşdirmək üçün bəzi oyunlara sarımsaq yeyərək çıxıb.
Kolumbiyalı hücumçu Karlos Bakka futbolçu olmamışdan əvvəl balıqçılıqla məşğul olub.
«Kristal Palas»ın toqolu hücumçusu Emmanuel Adebayor dörd yaşına qədər gəzə bilməyib.
Braziliyalı futbolçu Qrafite 21 yaşına qədər ölkəsində küçələrdən topladığı şüşə qabları sataraq pul qazanırdı.
Corc Veah dünyada ilin futbolçusu adına layiq görülən ilk və yeganə afrikalı futbolçudur.
Zlatan İbrahimoviç uşaq vaxtı bir neçə dəfə velosiped və digər oğurluqlar etdiyini söyləyib. İsveçli ulduz futbolun onu düzgün bir insana çevirdiyini bildirib.
Jilberto Silva “Amerika Mineyro”da çıxış edərkən maaşı çox az olduğu üçün həmçinin dülgərlik də edib.
Frans Bekenbauer yubiley matçında öz qapısına qol vuran yeganə futbolçudur.
Kolumbiya ilə matçda üç penaltini qola çevirə bilməyən argentinalı Martin Palermo rəsmi görüşlərdə bir oyunda ən çox penalti qaçıran futbolçudur.
Alessandro Nesta saatlarla “playstation” oynadığı üçün sol əlinin baş barmağı zədələnib və əməliyyat olunub. Nesta bu zədəyə görə, dörd həftə futbol oynaya bilməyib.
Dennis Berkamp futboldan əlavə, maşın mühəndisi də olub.
Atası kubalı, anası isveçli olan «Qarabağ»ın hücumçusu Samuel Armenteros yeddi dildə danışa bilir. (ingiliscə, norveçcə, isveçcə, fransızca, ispanca, hollandca və portuqalca).
Dünyanın ən ağıllı futbolçusu kimi Frenk Lempard göstərilir. Lempardın IQ gəstəricisi 150-yə bərabərdi.
“Fiorentina”nın polşalı futbolçusu Yakub Blaşikovski 12 yaşında olarkən atası anasını onun gözlərinin qarşısında bıçaqlayaraq öldürüb.
“Barselona”nın müdafiəçisi Jordi Albanın avtomobili yoxdur və onu məşqlərə atası aparıb-gətirir.
Sportal.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər