«Krasnodar»ın futbolçusu «Qarabağ»da

Qış fasiləsinə lider yollanan «Qarabağ» təlim-məşq toplanışını Antalyada davam etdirir. Sport7.az xəbər verir ki, ağdamlılar hazırlıq çərçivəsində daha bir futbolçunu baxışa dəvət edir.

Söhbət «Krasnodar»ın 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Elgün Uluxanovdan gedir. 1997-ci il təvəllüdlü olan Uluxanov mərkəz müdafiəçisi mövqeyində çıxış edir. Gənc oyunçu U-17 millimizdə də çıxış edib. Onunla bağlı yekun qərarı komandanın çalışdırıcısı Qurban Qurbanov verəcək.

Qeyd edək ki, Elgündan savayı türkiyəli Şükrü Anıl Tökdemir də hazırda «Qarabağ»ın düşərgəsində baxışdadı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *