Kim gəlir, kim gedir?

Azərbaycan çempionatında çıxış edən klublar transfer çalışmalarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, əvvəlcə heyətlərində “təmizləmə işləri” aparan Topaz Premyer Liqası təmsilçiləri hazırda yeni oyunçular almaqla məşğuldular.

 

Qış fasiləsi yaranmamış 6 əcnəbi oyunçu ilə yollarını ayıran “Neftçi” xüsusi fəallığı ilə seçilir. 10 futbolçusunu yola salan bakılılar əvəzində 7 transferlə qış dönəminin ən fəal komandasıdı.

 

“Qarabağ”

Gələnlər: Elşən Abdullayev (“Neftçi”), Ağabala Ramazanov («İnter»)

Gedənlər: Namiq Ələsgərov (“Neftçi”), Emil Balayev («Sabail», icarəyə)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Qəbələ”

Gələn: Araz Abdullayev («Neftçi»)

Gedən: Sadiq Quliyev («Zirə»)

Müqavilə müddətini artıran: Dmitri Bezotosnı

 

“İnter”

Gələn: Yoxdu

Gedənlər: Ağabala Ramazanov («Qarabağ»), Ruslan Abışov («Neftçi»)

Müqavilə müddətini artıran: Yoxdu

 

“Sumqayıt”

Gələn: Yoxdu

Gedənlər: Amit Quluzadə (AEL, Yunanıstan), Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov

Müqavilə müddətini artıran: Yoxdu

 

“Zirə”

Gələnlər: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev («Qəbələ»), Akim Latifu («Alanyaspor», Türkiyə)

Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev, İsa Cəbiyev (hər ikisi “Şəmkir”), Gerhard Proqni

Müqavilə müddətini artıran: Yoxdu

 

 “Kəpəz”

Gələn: Yoxdu

Gedən: Yoxdu

Müqavilə müddətini artıran: Yoxdu

 

“Neftçi”

Gələnlər: Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya: icarəyə), İqnasio Errera (“İrtış”, Qazaxıstan), Kirill Petrov («Olimpik», Ukrayna), Pavel Dreksa (“Siqma”, Çexiya), Ruslan Abışov («İnter»)

Gedənlər: Eltun Yaqublu, Orxan Qurbanlı (hər ikisi “Səbail”: icarəyə), Elşən Abdullayev (“Qarabağ”), Araz Abdullayev («Qəbələ»), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov

Müqavilə müddətini artıran: Boban Baykoviç

 

AZAL

Gələn: Yoxdu

Gedənlər: Mirzağa Hüseynpur, Taqim Novruzov (hər ikisi «Səbail»), Ruslan Nəsirli (MOİK), Brayan Fok, Adan Koronado, David Canelidze, Qvanzav Maqomedov

Müqavilə müddətini artıran: Yoxdu

 

 

Qeyd: UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, “bankirlər” heyətlərinə yeni oyunçu cəlb edə bilməzlər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *