Keyta «Qarabağ»a gəlir

«Qarabağ» Polşanın «Lex» klubunda forma geyinən Məhəmməd Keytanı transfer edə bilər.

Bu barədə Polşanın «Metro» nəşri məlumat yayıb. Məlumata görə, 26 yaşlı hücumçu ABŞ-ın «Minnesota» klubuna keçməkdən imtina edib.

Hücumçu bu barədə verdiyi  açıqlamada Ağdam klubu ilə müqavilə şərtlərini razılaşdırdığını bildirib.

Qeyd edək ki, Keyta Norveçin U-18, U-21, U-23 millilərində forma geyinib.

Xatırladaq ki, karyerasına 2008-ci ildə «Stromqodset»də başlayan futbolçu 2014-cü ildə «Lex»ə transfer olub. O, 2015-ci ildə icarə əsasında «Stabek»də çıxış edib. Daha sonra icarə əsasında «Stromqodset»də çıxış edən futbolçu yenidən «Stabek»ə qayıdıb. O, ötən il dekabrın 31-i icardən yenidən «Lex»ə geri dönüb. Klub karyerası ərzində 209 oyun keçirən futbolçu 46 dəfə fərqlənməyi bacarıb.

idmanxeber.com

Rəy bildir

E-poçt ünvanınız dərc olunmayacaq. Vacib yazı *