Keçmiş “Qarabağ”lı İngiltərə klubunda debüt etdi (FOTO)

Yoxlama matçında
«Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros İngiltərə Çempionşipində çıxış edən «Bristol Siti»nin heyətində debüt oyununa çıxıb.
Sportal.az xəbər verir ki, isveçli hücumçu «Youil Taun”la matçda iştirak edib. Görüş «Bristol Siti»nin 2:1 hesablı qələbəsiylə başa çatıb. Armenteros sözügedən matçda heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, ötən mövsümü «Qarabağ”da keçirən Armenteros İngiltərə klubunun düşərgəsində baxışdadı. Onunla bağlı yekun qərarı «Bristol Siti»nin baş məşqçisi Li Conson verəcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *