İndrjix Trpişovski : «Qarabağ»la eyni qrupa düşmək istəmirdik»

«Biz «Qarabağ»la eyni qrupa düşmək istəmirdik». 
 
fcgarabagh.com xəbər verir ki, bunu Çexiyanın «Slovan» (Liberets) klubunun baş məşqçisi İndrjix Trpişovski Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.
O bildirib ki, püşkatmadan əvvəl məsafənin uzaqlığı və çətin rəqib olması səbəbindən Ağdam klubu ilə eyni qrupda yer almaq istəmirdik: «Bunu Çempionlar Liqasının III təsnifat mərhələsində «Qarabağ»la üz-üzə gələn «Viktoriya Plzen»in timsalında görmüşdük. «Qarabağ» püşkatmadan öncə 4-cü səbətdə yer almışdı. Lakin bu, o demək deyil ki, rəqib çətin komandadır».
Qeyd edək ki, J qrupunda «Qarabağ»la «Slovan»dan başqa, İtaliya «Fiorentina»sı və Yunanıstan PAOK-u da yer alıb. (report.az)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *