İlqar Qurbanov: Bundan sonra hər oyun finala bərabərdir

«Qarabağ»ın müdafiəçisi İlqar Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində «Rəvan»a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Milli komandaların oyunlarından sonra baş tutan çempionat matçlarımız həmişə ağır keçir. Çünki oyuna tam heyətlə hazırlaşa bilmirik. Həmçinin fasiləyə qədər olan tempi geri qaytarmalıyıq. «Rəvan»la oyunda xal itirməməliyik. Bundan sonrakı hər oyun finala bərabərdir. Həm də «Rəvan»la oyunlarımız həmişə ağır keçir. Mənim bu görüşdə iştirakıma gəlincə, bu, baş məşqçidən asılıdır».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *