“İlk növbədə “Qarabağ”a qol vurmalıyıq”

“Qarabağ” öz meydanında daha çox güc  sərf edir. Amma biz buna imkan verməməliyik. İlk növbədə, qol vurmalıyıq”.

Qol.az-ın məlumatına görə,  bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Viktoriya”nın futbolçusu Radim Reznik deyib.

Klubun rəsmi saytına açıqlama verən cinah müdafiəçisi “Qarabağ”la keçirilən ilk oyundan (1:1) da  danışıb: “Əsas məqsədimiz Bakıda qol vurmaqdı. İstəyimizə çatacağımıza inanıram. Çexiyadakı matçda oyunu daha çox rəqibin cərimə meydançası həndəvərində keçirdik. Lakin qol vəziyyəti yarada bilmirdik. Bəlkə də ustalıq səviyyəmiz çatmadı”.

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Republika stadionunda keçiriləcək “Qarabağ” – “Voktroiya” oyunu saat 20:30-da başlayacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *