İlham Əliyevdən idman etikası (VİDEO)

Dövlət başçısı tamaşaçılardan erməni idmançını fitə basmamağı xahiş etdi.

Bakıda keçirilmiş Avropa Oyunlarında boks yarışında maraqlı hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, 91 kq çəkidə Avropa Oyunlarının qaliblərinin mükafatlandırma mərasimində qaliblərə medalları Azərbaycan prezidentiİlham Əliyev təqdim edib.

Qaliblər arasında erməni əsilli ukraynalı boksçu Gevorq Manukyan da olub. Manukyan travmasını əsas gətirərək Azərbaycan nümayəndəsi Abdulqadir Abdullayevə qarşı final döyüşünə çıxmayıb.

Mükafatlandırma zamanı zalda Manukyanın adı elan olunanda, gözlənildiyi kimi tribunalardan fit səsləri eşidilməyə başlanıb.

Lakin İlham Əliyev jestlə tamaşaçılardan boksçunu fitə basmamağı xahiş edib və bundan sonra zal ukraynalı idmançını alqışlamağa başlayıb. Prezident anlayışa görə əl işarəsi ilə publikaya təşəkkür edib, Manukyan isə öz növbəsində İlham Əliyevə çox sağ ol deyib.

Mükafatlandırma mərasiminin videosunu təqdim edirik.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *