İlham Əliyev Mehriban Əliyevaya orden verdi (VİDEO)

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

 

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Bakı-2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

 

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

 

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

 

Sonra mükafatlandırma mərasimi olub.

 

Bakı-2015 birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.

 

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxunub.

 

Dövlət başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim edib.

 

Mehriban Əliyeva mərasimdə çıxış edib.

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına bir daha minnətdarlıq edib.

 

Sonra birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, dövlət başçısı tərəfindən qalib gələn atletlərimizə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirilib

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *