İbrahim Şehiç: «45 dəqiqəlik oyunumdan razı qaldım»

«İndiki vəziyyətdə hər bir oyun milli komanda üçün əhəmiyyətlidir. Çünki qarşıda «DÇ-2018″in seçmə oyunları var».

Qol.az-ın məlumatına görə, bu sözləri Bosniya və Hersoqovina yığmasının qapıçısı İbrahim Şehiç Lüksemburqla yoldaşlıq görüşündən sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.

Lüksemburqla matçda 45 dəqiqə meydanda olan «Qarabağ»ın qolkiperi oyunundan razı qaldığını bildirib: «Lüksemburqla görüşdə bir neçə gənc oyunçumuz yığmada debüt matçına çıxdı. Sübut etdik ki, hər mövqedə komandaya faydalı ola biləcək futbolçularımız var. 45 dəqiqəlik oyunumdan razı qaldım. Qələbə bizim üçün önəmli idi».

Qeyd edək ki, oyun Bosniya və Hersoqovinanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *