“Fiorentina” rəsmisi “Qarabağ”la oyun bizə daha maraqlıdır”

“Avropa Liqasının oyunlarını maraqla gözləyirik. Bu mövsüm kuboku qazanmaq üçün çox güclü komandalar mübarizə aparacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Fiorentina”nın idman direktoru Panteleo Korvino İtaliya mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirən klub rəsmisi “Qarabağ” haqda da fikir bildirib:

“Qarşımızda üç ciddi rəqib var. PAOK-la Salonikidə oynamaq həmişə çətin olub. “Slovan” yaxşı komplektləşmiş komandadır. Avroliqa təcrübələri çoxdur. Nəhayət, Azərbaycan komandası. Bu rəqiblə qarşılaşma bizə daha maraqlıdır. «Qarabağ»la oyunu səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin II turunda “Fiorentina” ilə qarşılaşacaq. Görüş sentyabrın 29-da İtaliyada keçiriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *