FC Karabakh Wien

fc-karabakh-vvyana

Qarabağ

 Qarabağ nədir?

Qarabağ beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınır. Qədim Qarabağ ölkəyə bir çox istedadlar verən Azərbaycanın ürəyidir. Buradan neçə-neçə şair, yazıçı, musiqiçi, idmançılar çıxıb. Qarabağ Azərbaycan musiqisinin beşiyidir.

 

Nəyə görə FC Qarabağ Vyana?

Futbol klubu adını 2 müxtəlif şəhərin adından götürüb. Hər iki şəhərin özünəməxsus tarix, mədəniyyət və incəsənəti var. Biz hər iki şəhərin adını idmana gətirməyə çalışırıq. FC Qarabağ Vyana nəinki Azərbaycan və Avstriya arasında, həmçinin də Avropa və Asiya arasında körpü rolunu oynayır. Gələcək futbol tarixində tez-tez eşidəcəyiniz çempionlarıq. Biz bir-birimizlə nadir hallarda qarşılaşdığımız fərqli mədəniyyət, şəhər, millət qarışığı olan insanlarıq. Zənnimizcə, ən yaxşı komanda müxtəlif millətlərin yaratdığı komanda hesab olunur. Siz bizə özümüz dediyimiz kimi Qarabağ ailəsi deyə bilərsiniz.

  

Məqsəd?

Məqsəd və hədəfimiz çempionluq, müvəffəqiyyət, ədalətli oyundur. Biz bu deyilənləri necə həyata keçirəcəyik? Çalışqanlıq, nizam-intizam, hörmət, tolerantlıq və inam sayəsində. Bizim arzu, istək və xəyallarımız var. Ona görə də, onlara çatana kimi oynayacağıq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *