Qarabağ (Azərbaycan) — «Seltik» (Şotlandiya)

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu

Qarabağ

Heçheçə

Seltik

Heçheçə

05.08.2015 | 21:30
Tofiq Bəhramov

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu

Результаты события

Qarabag-seltik

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu «Qarabağ» da növbəti sınağına çıxıb.

Ağdam klubu mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Çernoqoriya «Rudar»ı idi. «Qarabağ» bu rəqibinə evdə qalib gələ bilməsə də (0:0), səfərdə minimal hesablı üstünlüklə (1:0) mərhələ adlayan tərəf olmuşdu. Bu mərhələdə isə Ağdam klubu daha adlı-sanlı rəqiblə — Şotlandiya «Seltik»i ilə mübarizə aparırdı. Hansı ki, bu komanda İslandiya «Styarnan»ını həm evdə (2:0), həm də səfərdə (4:1) məğlub edərək, mərhələ adlamışdı. Təəssüf ki, elə «Qarabağ» da səfərdə keçirdiyi ilk oyunda bu komandaya 0:1 hesabıyla uduzmuşdu.

Səfərdə uduzması ağdamlıların işini daha da çətinə salmışdı. Amma cavab görüşünün evdə keçirilməsi təmsilçimiz üçün kiçik bir üstünlük sayıla bilərdi. Qurban Qurbanovun komandası azarkeşlərin də dəstəyi sayəsində Bakıdakı qarşılaşmada mərhələ keçə bilərdi. Bunun üçün isə iki cavabsız qolla qalib gəlmək lazım idi. Bu mənada şotlandlardan evdə qol buraxmamaq da böyük əhəmiyyət daşıyırdı. Çünki qol buracağı halda «Qarabağ» mərhələ keçmək üçün 3 top fərqi ilə qalib gəlmək məcburiyyətində qalacaqdı ki, ÇL-in pley-off mərhələsinə vəsiqə əldə etsin.

Təəssüf ki, təmsilçimizin bütün cəhdlərinə baxmayaraq, Şotlandiya nəhənginə qol vurmaq mümkün olmayıb. Nəticədə, qarşılaşma qolsuz başa çatıb. İki oyunun nəticəsinə görə üstün tərəf olan «Seltik» mərhələ keçdiyi halda, «Qarabağ» mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
5 avqust

“Qarabağ” — “Seltik” — 0:0 (0:0)
Sarı vərəqə: S.Yohansen, 63. E.İsaqirre, 88.
Baş hakim: Martin Stromberqsson (İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 0:1

«Qarabağ»: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana (77. Cavid Tağıyev, 84), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 67. Alharbi Əl-Jadeyui (11. Elvin Məmmədov, 74), 29. Raydell Pupon (22. Əfran İsmayılov, 64).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 32. Elvin Yunuszadə, 6. Vüqar Mustafayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
«Seltik»: 1. Kreyq Qordon, 3. Emilio İsaqirre, 5. Vircil van Deyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skott Braun (k), 14. Stüart Armstronq (49. Ceyms Forrest, 84), 16. Qari Makkey Stiven (15. Kris Kommons, 79), 25. Stefan Yohansen, 7. Nadir Çiftçi (9. Ley Qriffits, 68).
Ehtiyat oyunçular: 26. Loqan Beylli, 4. Efe Ambroze, 22. Seydi Yanko, 18. Tom Roqiç.
Baş məşqçi: Ronni Deyla.

QARABAĞ
0 — 0
SELTİK

50% Topa sahib olma 50%
6 Qapıya zərbə 1
5 Küncdən zərbə 1
4 Cərimə zərbəsi 5
0 Sarı vərəqə 2
0 Qırmızı vərəqə 0
İbrahim Sehiç 13
Qara Qarayev 2
Reynaldo Silva 9
(77 , 84′)   Dani Kintana 10
Rəşad Sadıqov 14
İlqar Qurbanov 18
Richard Almeyda 20
Ansi Aqoli 25
(22 , 63′)   Rydell Poepon 23
Bədavi Hüseynov 55
(11 , 73′)   Alharbi El Jadeyaoui 67
Komandalar
1 Qordon
3 İsaqirre (88′)  
5 van Deyk
6 Biton
7 Nadir Çiftçi (9 , 67′)
8 Skott Braun
14 Armstronq (49 , 83′)
16 Stiven (15 , 79′)
20 Boyata
23 Lustiq
25 Yohansan (63′)  
Fərhad Vəliyev 1
Vüqar Mustafayev 6
  (67 , 73′)   Elvin Məmmədov 11
Elvin Yunuszadə 32
  (10 , 84′)   Cavid Tağıyev 77
Coşqun Diniyev 91
  (23 , 63′)   Əfran İsmayılov 22
Ehtiyyat
26 Baillu
4 Ambrose
9 Qriffiths (7 , 67′)  
15 Kommons (16 , 79′)  
18 Rogic
22 Yanko
49 Forrest (14 , 83′)  
Qurban Qurbanov Məşqçilər Ronny Deila

Detallar

Tarix Vaxt Соревнование Сезон
05.08.2015 21:30 Çempionlar Liqası 2014/15

STADION

Tofiq Bəhramov
Atatürk prospekti, Bakı, Азербайджан

Nəticə

Klub1-ci Hissə2-ci HissəQollarGoalsNəticə
Qaraba?0000Heçheçə
seltik0000Heçheçə