Ermənilərdən «Qarabağ»a şok təklif: Komandanın adı dəyişdirilsin (VIDEO-FOTO)

Bildiyiniz kimi Rusiyanın paytaxtı Moskvanın futzal üzrə müxtəlif turnirlərində «Qarabağ” komandası çıxış edir. Sport7.az xəbər verir ki, hələlik həvəskərlar liqasını təmsil edən idmançılarımız yüksək liqaya keçmək üçün tam hazır olsalar da, bəzi çətinliklərlə üzləşiblər.
10 yanvar 2013-cü ildə komandanın kapitanı eyni zamanda oynayan məşqçisi Elnur Vəliyev azərbaycanlı futbolçuları bir araya gətirərərk «Qarabağ Moskva” komandasını yaradıb. Elə yarandığı ildə Moskvanın B Divizionun çempionu olublar. Daha sonra isə «Şərəf Kuboku”nun qalibi olaraq futzal aləmində güclülər kimi tanınınblar. İndi komanda yüksık liqada çıxış etməyə hazır olsa da, maliyyə problemi bu niyyətin reallaşmasına imkan vermir.
«Qarabağ” komandasını gənclər bu gücdə öz hesablarına saxlayırlar. Məşq etmək üçün icarə haqqını da tələbələr öz ciblərindən ödəyirlər. Cəmi bir dəfə komandanın Odessada keçirilən turnirə qatılmaq üçün Ümümrusiya Azərbaycan Konqresindən yardım ayrılıb.
Ən maraq doğuran fakt isə erməni diasporunun komandaya maraq göstərməsidir. Komandaya «Artsax” adı altında oynamaq istəyi təklif olunub. Sössüz ki, gənclərimiz bu təklifi rədd edib. Öz büdcələri hesabına uğurlara imza atan bu gənclərə maliyyə dəstəyi göstərilsə, yüksək liqada da uğurlara imza ataraq Azərbaycanımızın bayrağı bu komanda timsalında daha da böyük arenalarda dalğalanacaq.
Əlbəttə ki, Azərbaycandan fərqli olaraq erməni diasporunun bu komandaya maraq göstərməsi üzücü faktdır. Komandanın əldə etdiyi uğurlar göz önündədir. Reallıq isə başqadır. «Qarabağ”a dəstək duran yoxdur.

«Lider Tv»

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər