Elvin Yunuszadə: 20 oyun bir futbolçunun özünü göstərməsi üçün yetərlidir

«Qarabağ»ın müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

— Toplanış necə keçir?
— Normal. Hələ ki, daha çox fiziki hazırlığa diqqət ayırırıq.

— Sizin mövqeyinizdə çıxış edən Vladimir Dimitrovskinin gedişi sizin heyətə düşməyinizi asanlaşdırır?
— Mən bu barədə düşünmürəm. «Qarabağ»da hər mövqeyə 2-3 futbolçu var. Rəqabət onsuz da çox güclüdür. Odur ki, əsas heyətə düşmək üçün çox çalışmaq lazımdır.

— Sizinlə yoxlama görüşü keçirməsi gözlənilən «Traktorsazi»nin Türkiyəyə gəlməkdən imtina etməsi sizi məyus etdi?
— Deməzdim ki, məyus olduq. Amma gəlsəydilər, maraqlı oyun olardı.

— «Qarabağ»da hazırda hansı çatışmazlıqlar var?
— Bunu baş məşqçi Qurban Qurbanov daha yaxşı bilir. Mən futbolçuyam və bunu müzakirə etməyim düz olmaz.

— Muarem Muaremin komandaya qayıtması «Qarabağ»a nə verəcək?
— O, komanda üçün çox iş görüb. Futbolçu kimi yaxşı keyfiyyətlərə malikdir. İnanıram ki, o, əvvəlki kimi, yenə «Qarabağ»a faydalı olacaq. Əks halda yenidən komandaya qaytarılmazdı.

— Raydell Puponun gedişini necə qarşıladınız?
— O, sadəcə, komandaya uyğunlaşa bilmədi. Halbuki, bunun üçün şans da verildi. Komandada 20 oyun keçirdi. Bu, bir futbolçunun özünü göstərməsi üçün kifayətdir.

— Maliyyə böhranı ölkə futboluna da təsirsiz ötüşmür. Sizə elə gəlmir ki, bu, klublarımızın avrokuboklardakı çıxışına da mənfi təsir göstərəcək?
— Bu barədə hələ mövsümün əvvəlində danışılırdı. Amma mövsümün ilk yarısı göstərdi ki, vəziyyət o qədər də pis deyil. Çempionat maraqlı və gərgin keçir. Problemlərə baxmayaraq, hər bir komanda sonadək mübarizə aparır, xarakter nümayiş etdirir. Fasilədən sonra da elə olacaq. Buna əminəm.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *