Elvin Məmmədovun yeni klubu

“Qarabağ”la yolları ayıran Elvin Məmmədovun yeni klubu müəyyənləşib.

Qol.Az-ın xəbərinə görə, o, karyerasını “Zirə”də davam etdirəcək.

Klubdan Qol.Az-a verilən açıqlamada məlumat təsdiqlənib. Lakin hələlik tərəflər arasında müqavilə bağlanmayıb.

Bununla əlaqədar işlər davam etdirilir.

Saytımıza açıqlamasında E.Məmmədov «Qarabağ»dan gedişinin səbəbini açıqlayıb. «Qurban Qurbanov dedi ki, heyətdə futbolçu çox olduğundan ola bilsin, mövsümün sonuna qədər məni az halda oyuna buraxsın ya da ümumiyyətlə, buraxmasın. Mən isə daim oynamaq istəyirəm. Ona görə də qarşılıqlı razılaşma yolu ilə komandadan ayrıldım» — deyə E.Məmmədov bildirib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *