Elgün Uluxanov: Özümü Krasnodarda yad hiss etdiyim üçün ayrılmağa qərar verdim

«Qarabağ»ın yeni transferi Elgün Uluxanovun  müsahibəsi

— «Qarabağ»a keçidinizlə bağlı nə deyə bilərsiniz?
— İlyarımlıq müqavilə imzaladıq. «Qarabağ»da oynayacağım üçün çox şadam.

— Əsas heyətə düşə biləcəksiniz?
— Əlbəttə, bu, çox çətin olacaq. Mənim üçün əsas yaxşı oyun forması yığmaqdır. Böyük təcrübəyə malik futbolçularla birgə məşq edirəm. Bu, mənim təcrübə toplamağım üçün çox vacibdir. Əvəzedici heyətdə oynayacağam. Amma əsas komandanın məşqlərində də özümü göstərməyə çalışacağam.

— «Qarabağ»dan öncə «Neftçi» ilə danışıq apardığınız bildirilirdi…
— Variantlar çox idi. Amma ciddi təklif yalnız «Qarabağ»dan gəldi.

— Qurban Qurbanovla danışmısınız?
— Bəli. O, mənə uğur arzuladı.

— Yəqin ki, yeni komandanızın fasilədən sonra AZAL-a qarşı keçirdiyi ilk oyunu izləmisiniz. Məğlubiyyəti gözləyirdiniz?
— Kənardan hiss olunan o idi ki, bu oyunda «vurmayana vurarlar» prinsipi işə düşdü. «Qarabağ» böyük üstünlüyə malik idi. Yüz faizlik qol vəziyyətləri yaradırdı. Amma nədənsə qol vurmaq mümkün olmadı.

— Sizin mövqeyinizdə Maksim Medvedevlə İlqar Qurbanov çıxış edir. Onlarla rəqabətdən qorxmursunuz?
— Qurbanov yoxlama oyunlarında məni müdafiənin mərkəzində sınayırdı.

— «Qarabağ» sizin üçün nə deməkdir?
— Bu klub mənə ÇSKA-nı xatırladır. Hər ikisi iddialı komandadır. Hər ikisi ölkəsinin fəxridir. Buna görə də «Qarabağ»da oynamaq mənim üçün qürurvericidir.

— Peşəkar Futbol Liqasında siz Rusiya vətəndaşı kimi göstərilmisiniz. Deməli, Ağdam klubunda legioner kimi oynayacaqsınız?
— Düzünü deyim ki, xəbərim yoxdur.

— ÇSKA-dan ayrılandan sonra Rusiyanın hazırda ən perspektivli klublarından sayılan «Krasnodar»a keçmişdiniz. Bəs niyə orada qalmadınız?
— Özümü orada yad hiss edirdim. Ona görə də getməyə qərar verdim.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *