Dünyanın 10 komandasından biri — “Qarabağ”

“Qarabağ” Premyer Liqada keçirdiyi ev oyunlarındakı məğlubiyyətsizlik seriyasını 31-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, XV turun “Neftçi” ilə oyununda hakimin şübhəli idarəçiliyi ilə məğlubiyyətdən qaçıb, 1:1 hesablı heç-heçəyə imza atan Qurban Qurbanovun komandası 2 ilə yaxındı öz meydanında yenilmir.

 

Əyalət klubu son ev məğlubiyyətini 2014/15 mövsümündə alıb. 2015-ci il fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar artıq 702 gündü qonaqlara qələbə sevinci bəxş etmir.

 

“Qarabağ” bu müddətdə keçirdiyi 31 görüşdə 25 qələbə qazanıb və 6 heç-heçə edib.

 

“Qarabağ” bu göstərici ilə hazırda davam edən evdə məğlubiyyətsiz seriyalarda dünyanın “Top-10”una daxil olub. Ağdam klubu Tacikistanın “İstiqlol” komandası ilə eyni göstəriciyə malikdi. Belə ki, asiyalılar da 31 matçdı qonaqlara uduzmur.

 

Cədvələ isə Makedoniyanın “Vardar” klubu başçılıq edir – 48 oyun. Malayziyanın “Darul” klubu 47 matçdı yenilmir. Xorvatiya “Riyeka”sı 42 qarşılaşmadan ibarət seriya ilə 3-cüdü.

 

Danimarka “Kopenhagen”i və İtaliyanın aşağı dəstə təmsilçisi “Benevento”da bu rəqəm 41-ə bərabərdi. Tunisin “Sfaksyen” komandası 38, Yunanıstan “Olimpiakos”u 35 görüşdü öz meydanında uduzmur. 8-ci sırada isə Özbəkistan “Lokomotiv”i qərarlaşıb – 31.

Rəy bildir

E-poçt ünvanınız dərc olunmayacaq. Vacib yazı *

Əsas sözlər