Dani Kintana: «Narahatlığa heç bir əsas yoxdu»

Antalaya da təlim-məşq toplanışı başa vuran «Qarabağ» bu gün vətənə qayıdır. Sport7.az xəbər verir ki, Qurban Qurbanov hazırlığın son oyun günündə yetirmələrini iki yoxlama matçında sınadı.

Əvvəlcə Avstriyanın «Admira Uoker» klubuna 3:4 hesabı ilə uduzan ağdamlılar, növbəti matçda Polşanın «Yagelloniya» klubu qarşısında aciz qaldı — 0:1.

Qarşılaşmadan sonra «atlılar»ın yarımmüdafiəçisi Dani Kintana məğlubiyyəti belə şərh edib: «Narahatlığa heç bir əsas yoxdu. Qələbə qazanmaq istəsək də, buna nail ola bilmədik. Bu, sadəcə, hazırlıq oyunu idi. Biz adətən topla oynamağı sevirik. Meydana hücumçusuz çıxmışdıq. Buna baxmayaraq, xeyli qpol imkanları yaratdıq. Rəqib isə əlinə düşən fürsətdən istifadə etməyi bacardı. Nəticə qələbə Polşa təmsilçisinin oldu. Bizim üçün yoxlama matçının nəticəsi önəmli deyil. Vacib olan mövsümün qalan hissəsinə yaxşı hazırlaşmaqdı. Liderliyimizi qoruyaraq, 3-cü dəfə çempion olmaq istəyirik».

Qeyd edək ki, Kintana vaxtı ilə «Yagelloniya»da da çıxış edib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *