Dani Kintana: Güclü rəqiblərlə qarşılaşmağımızı istərdim

«Qarabağ»ın yarımmüdafiəçisi Dani Kintana Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç «Qöteborq»una qarşı keçirdikləri cavab oyunundan (3:0, ilk oyun 0:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

«Matçın nəticəsinə görə çox şadam. Ağır oyun oldu. Rəqibimizin zəif komanda olmadığını bir daha gördük. Amma 3:0 hər şeydən xəbər verir. Qolu bayram edərkən Ansi Aqollini itələməyimə gəlincə, onunla aramızda heç bir problem yoxdur. Onu bir komanda yoldaşı kimi çox sevirəm. Həmin anda komanda yoldaşımı qəsdən itələmədim. Sadəcə, elə alındı. Qrup mərhələsindəki mümkün rəqiblərə gəlincə, mümkün qədər güclü rəqiblərlə qarşılaşmağımızı istəyərdim. Avropada çıxış etməyin əsas üstünlüyü də məhz budur. Məsələn, ötən mövsüm İngiltərə «Tottenhem»inə qarşı mübarizə aparmağımız bizim üçün yaxşı təcrübə oldu».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *