Dani Kintana: «Bizi iki çətin oyun gözləyir»

«Məşqlərimiz ağır keçir, 20 gündən çox müddətdə davam edəcək təlim-məşq toplanışına ehtiyacımız var idi. Bütün fikrimizlə məşqlərə köklənmişik».

Qol.az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın futbolçusu Dani Kintana klubun rəsmi saytına açıqlamasında Avstriya təlim-məşq toplanışı haqda danışarkən deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları «Düdelanj»la oyun haqda danışan ispaniyalı futbolçu onları iki çətin matçın gözlədiyini bildirib: «Məşqlərdə daha çox fiziki və toplu çalışmalara üstünlük veririk və bir neçə yoxlama matçlarımız da var. Hər şey normal gedir. Növbəti mövsümün hazırlığı üçün bu təlim-məşq toplanışını normal saymaq olar.

Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” komandasıyla qarşılaşacağıq. Düzünü desəm, rəqib haqda məlumatım yoxdur. Onların bəzi oyunlarına baxmalı və futbolçuları haqda daha çox məlumata sahib olmalıyıq. Bu mövsüm də Avropada əlimizdən gələnin ən yaxşısını etməyə və mərhələni keçməyə çalışacağıq. Avrokuboklarda oynamaq bizim üçün çox vacibdir.

Əminliklə deyə bilərəm ki, bizi çətin oyun gözləyir. Onlar həm ölkə çempionatının, həm də kubokun qalibidirsə, deməli, güclü rəqibdir. Bizim üçün çox çətin mərhələ olacaq, necə ki, keçən il bunu Monteneqro təmsilçisi «Rudar»la oyunda yaşadıq. Həm səfər, həm də evdə bizi ağır oyun gözləyir. Rəqibə hömətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər