Cumbinyo rəsmən Yunanıstan klubunda (FOTO)

“Qarabağ”dan ayrılan yarımmüdafiəçi Cumbinyonun Yunanıstanın «Atromitos» klubuna keçidi rəsmiləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən braziliyalı futbolçu klubla 6 aylıq müqavilə imzalayıb.

Lakin oyunu ilə komandanın baş məşqçisinin etimadını doğruldacağı təqdirdə müqavilənin müddəti daha 1 illiyinə uzadılacaq.

Qeyd edək ki, Cumbinyo 2013-cü ildən «Qarabağ»da çıxış edib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *